Dərc edildi: Baxış sayı: 337
AYNA: Bakıda taksilərin 60 faizinin yaşı 15 ildən çoxdur
“Paytaxtda taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinin 60 faizinin yaşı 15 ildən çoxdur”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı çıxışında deyib.
O bildirib ki, Bakıda taksilərin yeddi faizinin yaşı beş ilə qədər olan nəqliyyat vasitələridir:
“Hazırda paytaxtda yaşı 5-10 il aralığında dəyişən taksilər 10 faiz, 10-15 il aralığında dəyişənlər isə 21 faiz təşkil edir. Yaşı 15-20 il olan taksi fəaliyyəti göstərilən nəqliyyat vasitələri 42 faiz, yaşı 20 ildən çox olan taksilər isə 20 faiz təşkil edir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət