Dərc edildi: Baxış sayı: 614
Ayla meteoritin toqquşması ilk dəfə görüntüləndi
2019-cu ilin ilk Ay tutulması zamanı kosmos araşdırmaları çərçivəsində ayla meteoritin toqquşma anı görüntülənib. Ötən İlin yanvar ayında Avropa, Afrika və Amerika qitələrindən izlənən qanlı Ay tutulması zamanı ayın səthinə meteoritin çırpıldığı görülmüşdü.
Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, ispaniyalı elm adamları professor Xose Mariya Madiedo ilə həkim Xose Ortiz bu toqquşma ilə əlaqədar yeni açıqlamalar verib.
Elm adamlarına görə, Ayın səthində 10 ilə 15 metr enində bir krater yaranıb. Bu kraterə 45 kq ağırlığında bir meteoritin səbəb olduğu ehtimal edilir.
Görüntülər bu mənada bir ilk hesab olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət