Slimfit
  1. DÜNYA

Ayını mal bazarında satmaq istədilər

Ayını mal bazarında satmaq istədilər
Sakura

Ayını mal bazarında satmaq istədilər

Moderator.az Zaokn.kz saytına istinadən xəbər verir ki, ayını Türkistan vilayətində satmağa çalışıblar. 
 
Hadisə, Sayram rayonunun Qarabulaq kəndində baş verib. 
 
Vəhşi heyvan yerli mal-qara bazarında kiçik bir metal qəfəsdə saxlanılıb. Belə bir satışın qanunsuz olduğunu bilsələr də, yenə də cəhd ediblər. Amma  sayıq  bir kəndli bunu polisə xəbər verib. Hadisə yerinə qanun keşikçiləri ilə bərabər heyvanları müdafiə idarəsinin müfəttişləri də gəlib. Ayı Çimkent  zooparkına təhvil verilib.
 
Ayı nndi karantin bölgəsindədir. Sonra nə olacaq, hələ aydın deyil. Ancaq “əyripəncəlinin”sahibini  cinayət məsuliyyətinə cəlb edə bilərlər. "Nadir və nəsli kəsilməkdə olan heyvanların qanunsuz istifadəsi" maddəsi ilə istintaq başlanıb.
 
"Hazırda polis bu heyvan üçün müəyyən sənədlərin olub-olmadığını, hardan və Sayram rayonuna hansı məqsədlə gətirildiyini müəyyənləşdirir", - deyə bölgənin daxili işlər şöbəsinin rəsmi nümayəndəsi Səltənət Karakozova bildirib.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR