Slimfit
  1. İQTİSADİYYAT

AYİB regionunda ÜDM bu il 3,5% azalacaq

AYİB regionunda ÜDM bu il 3,5% azalacaq
Sakura

AYİB regionunda ÜDM bu il 3,5% azalacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COVID-19 pandemiyası səbəbindən bu il banka üzv ölkələrdə (AYİB regionu) iqtisadiyyatın ortalama 3,5% azalacağını proqnozlaşdırır.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bankın "Regional Economic Prospects" adlı hesabatının may buraxılışına istinadən verdiyi məlumata görə, gələn il isə sözügedən ölkələrin iqtisadiyyatları bərpa olaraq 4,8% artacaq.

Bankın gözləntilərinə görə, xammal qiymətlərinin aşağı düşməsi, pul köçürmələrinin azalmasından yaranan təzyiq, əsasən Mərkəzi Asiyada müşahidə olunacaq və bu regionun iqtisadiyyatı bu il 1,2% azalacaq, amma 2021-ci ildə bərpa olaraq 5,8% artacaq.

AYİB-in proqnozlarına görə, Aralıq dənizi regionunda ÜDM bu il ortalama 0,8% azalacaq, lakin gələn il 4,8% artım qeydə alınacaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR