AYİB-də azərbaycanlı xanıma yüksək vəzifə verildi
Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının Qırğızıstan, Tacikistan və Türkmənistan Respublikalarında regional rəhbəri təyin olunub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb.
Həmyerlimizin rəhbərlik etdiyi ofis Bişkekdə yerləşəcək. O, vəzifəsinin icrasına 2021-ci ilin 1 sentyabrında başlayacaq.
Aytən Rüstəmova bu vəzifədə Bankın Londondakı mənzil qərargahına geri qayıdan Nil Makkeyni əvəz edəcək.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankında 2001-ci ildən çalışır. O, bankın Bakı ofisində müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildə isə AYİB-in Tacikistanda regional rəhbəri vəzifəsinə təyinat alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət