Ayətulla Xamenei: Korrupsionerlər sürətli şəkildə cəzalandırılsın
Ali lider Ayətulla Xamenei İrandakı korrupsionerlər haqqında tapşırıq verib.
FaktXəbər-in məlumatına görə, o, İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədrinin məktubuna cavabında, “korrupsionerlərin cəzalandırılması sürətli, ədalətli şəkildə həyata keçirilsin və məhkəmələrin hökümlərinin dəqiq verilməsinə lazımi diqqət göstərilsin”, - deyə bildirib.
İran İslam Respublikası məhkəmə hakimiyyətinin sədri Sadiq Amuli Laricani Ali liderə məktub ünvanlayaraq düşmənlərin İran xalqına qarşı iqtisadi müharibəsinə və belə bir şəraitdə iqtisadi təxribatçılar və korrupsionerlərin düşmənlərin məqsədləri istiqamətində müəyyən cinayətlər törətmələrinə toxunaraq, ölkənin iqtisadi sistemində təxribat törədənlərin cəzalandırılması qanunu və İslami cəza qanunu çərçivəsində qətiyyətli və sürətli qarşılaşma istiqamətində xüsusi tədbirlərə icazə verilməsini istəmişdi.
Laricani məktubda təklif edilmişdi ki, iqtisadi təxribatçılar və korrupsionerlərin cəzasının azaldılması, yaxud ləngidilməsi qadağan edilsin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət