Slimfit
  1. AZƏRBAYCAN

Aydın Vəliyev: "Yerli quş ətinin maya dəyərinin yüksək olması ixraca mane olur"

Aydın Vəliyev: "Yerli quş ətinin maya dəyərinin yüksək olması ixraca mane olur"
Sakura

Aydın Vəliyev: "Yerli quş ətinin maya dəyərinin yüksək olması ixraca mane olur"

"Azərbaycanda istehsal olunan quş ətinin may dəyərinin yüksək olması onun ixracına mane olur". 

Bunu “Report”a açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

"Hazırda yerli broyler müəssisələri yalnız daxili tələbatı ödəmək üçün fəaliyyət göstərirlər. Bununla belə, məhsulun maya dəyərinin aşağı salınması və ixraca başlanılması istiqamətində də iş gedir. Bununla bağlı bir sıra qurumlara müraciətlər edilib. Əgər quş ətinin istehsalına çəkilən xərc azalsa, onda yerli məhsul ucuz başa gələcək və xaricə gedəcək. Quş əti üçün yemlər xaricdən gəlir, gömrükdə müəyyən güzəştlər olsa, bu halda maya dəyərinin aşağı salınması mümkün ola bilər. Bu, ölkə daxilində də məhsulun ucuzlaşmasına gətirib-çıxarar", - o qeyd edib. 

A.Vəliyevin sözlərinə görə, quş ətindən fərqli olaraq yerli broyler müəssisələri yumurta ixrac edə bilirlər: "Ötən il ixrac həyata keçirilib. Hazırda Azərbaycanda yumurtaya olan illik tələbat 1,3 mlrd. ədəddir. Yerli istehsalın həcmi isə 1,5 mlrd. ədəddir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR