Slimfit
  1. SİYASƏT

Aydın Quliyev: Dövlət və inanclı toplum arasındakı qarşılıqlı anlayış bu günlərdə özünü daha qabarıq biruzə verir

Aydın Quliyev: Dövlət və inanclı toplum arasındakı qarşılıqlı anlayış bu günlərdə özünü daha qabarıq biruzə verir
Sakura

Aydın Quliyev: Dövlət və inanclı toplum arasındakı qarşılıqlı anlayış bu günlərdə özünü daha qabarıq biruzə verir

Heydər Əliyevin 1993-cü ildən bütöv bir konsepsya şəklinə salaraq həyata keçirməyə başladığı azərbaycançılıq ideologiyasının mühüm tərkib hissələrindən biri Azərbaycandakl bütün xalqların etnik, milli-mənəvi və dini dəyərlərinin qorunması və gələn nəsillərə qiymətli irs kimi çatdırılmasıdır.

Ens.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, tarixi təcrübə dini rəngarəngliyi və vicdan azadlığını qorumaq üçün yaradılmış fəaliyyət modeli həm cəmiyyətin, həm dövlətin, həm həm dini icmaların, həm də inanclı insanların düşüncə və mənagelərinə tam uyğunluğun göstərdi. Heydər Əliyev müsəlman şərqində ilk olaraq elə bir sivil dövlət nümunəsinin əsaslarını qoydu ki, burada bir-birinə dəstək olmaq şərti ilə din dövlətdən ayrıldı, hamının, o cümlədən ən böyük dini icma olan müsəlmanların öz dininə qayıtmasının və islami dirçəlişin yeni mərhələsinin əsası qoyuldu, islamın siyasiləşdirilməsinə daxildən və xaricdən cəhdlər edilməsi imkanlarını aradan qaldırdı, dinlərarası münasibətləri siyasi təsir vasitəsinə çevirmək perspektivlərinin qarşısını bütünlüklə kəsdi.Bütün dinlərin və bütün dinlərdən olan insanların real bərabərliyinə söykənərək cəmiyyəti vəhdət halında unitar dövlətçilik maraqlarına yönəldən sistem quruldu.

Onun sözlərinə görə, bu gün Azərbaycanda dini etiqad və vicdan azalığı istiqamətində atılan addımlar və əldə olunan uğurlu nəticələr əsası on illər öncə qoyulmuş bir -birini tamamlayan və bir-birinin işinə qarışmayan din-dövlət münasibətləri modelinin nəticəsidir. Son 15-20 il ərzində həqiqi dini etiqad və vicdan azadlığı sayəsində Azərbaycan islam dünyasında ilk dəfə olaraq dinlərarası tolerantlığın pozulmazlığına söykənən ictimai davranışlar sustemi yaratdı.Dini konfessiya nümayəndələrinin bir -birinə səmimi etimadla söykənə bildiyi Azərbaycan kimi ikinci ölkə göstərmək mümkünsüzdür. Azərbaycan məscidlərin, kilsə və sinaqoqların eyni dərəcədə qayğı ilə bərpa və mühafizə olunduğu çox az sayda ölkələrdən birinə çevrilib.

Siyasi ekspert deyib ki, dövlətlə dini icmaların, o cümlədən müsəlman toplumu arasında münasibətlər o qədər şəffaf və anlaşıqlıdır ki, dövlətin təhlükəsizliyi, cəmiyyətin sağlamlığı və daha sabit gələcək naminə atılan addımlar inamlı insanlar tərəfindən birmənalı dəstəklənir.Kütləvi toplantıların ayinlər sistemində daha çox yer tutduğu müsəlmanların məhərrəmlik mərasimləri vaxtı bəzi məhdudiyyətlərə anlayışla yanaşması səbəbsiz deyil və bütünlüklə dini siyasətin əsaslarına cəmiyyətin etimad göstərməsi ilə bağlıdır. Cəmiyyətimiz əmindir ki, dövlət başçısı erməni təcavüzünə qarşı mübarizədə torpaqlarımızın tam azad edilməsinə və ermənilərin təhqir etdikləri islam dəyərlərinin bərpa və müdafiə olunmasına eyni həssaslıqla və ardıcıllıqla yanaşır. Cəmiyyətimiz aydın görür ki, bəzi dini mərasimlərin müvəqqəti məhdudlaşdırılmasına məcbur olan dövlətimiz ən qədim müsəlman məscidinin bərpasına, demək olar ki, bütün kəndlərdə, hətta bəzən bir neçə möhtəşəm məscidlərin tikintisinə böyük diqqət və qayğı göstərir, məscidlərə milyonlarla insanın başqaları ilə birlikdə mənəvi kamilliyin və insanlığın zirvəsinə yüksəldiyi əvəzolunmaz məkanlar kimi baxır. Dini ekstremist qüvvələr pandemiya ilə daha uğurlu mübarizənin tələbləri baxımından bəzi mərasimlərin məhdudlaşdırılmasından sui-istifadə etməyə cəhd etsələr də cəmiyyətdən heç bir dəstək görmədilər və iflasa uğradılar. Cəmiyyətimiz Azərbaycan hakimiyyətinin və şəxsən prezidentin dini siyasətinin əsaslarını əla qavrayır və müdafiə edir. Dövlət və inanclı toplum arasındakı qarşılıqlı anlayış bu günlərdə özünü daha qabarıq biruzə verir. Azərbaycanda hər bir insanın ölumcül xəstəliklərdən qorunması və dini mərasimlərin şəraitə uyğun mümkün icra formalarının tətbiqi arasında gözəl balans yaradılıb. Azırbaycan xalqı yüksək dəyər verir ki, eyni vaxtda həm cəmiyyətimiz koronavirusdan etibarlı mühafizə edilir, həm də milyonlarla müsəlmanın öz dini mərasimlərinə bağlılığı ziyan görmür...

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR