Slimfit
  1. MARAQLI

Aydaho kürüsü

Aydaho kürüsü
Sakura

Aydaho kürüsü

Kürü delikatesdir. Kürü deyəndə bizim ağlımıza Xəzər dənizində üzən nərə balığı gəlir. Kürü eləcə də Amerikanın Aydaho ştatındakı fermada da istehsal edilir. Aydaho kürüsünün bir qramı fermada bir dollara, lakin restoran və mağazalarda beş qat atıq qiymətə satılır. Gəlin, nərə bağlığı növlərinin və kürünün İydahoda necə istehsal edildiyinə nəzər salaq.

Bu fermada istehsal edilən parıltılı, azacıq duzlu və dadlı kürü ölkə boyu çox populyardır. Aydaho ştatındakı İlan Çayı Vadisində yaşayan Leo Rey nərə balığı biznesinə 1988-ci ildə başlayıb. “Birinci il onların çəkisi cəmi yarım kq-a qədər artır. İkinci il çəkiləri artmağa başlayır və 3-4 kq-a çatır.”

Nərə balığının yetişdirilməsi gəlirli biznes olsa da, bunun satışa çıxarılması uzun zaman aparır və bu da kürünün qiymətinin artmasına səbəb olur. Leo Rey: “Onların kürü verməsi üçün 10 il gərək olur.”

Rey 50 ildən çoxdur bu işlə məşğuldur. O, özünün ilk balıq biznesinə Kaliforniyada 1968-ci ildə başlayıb. Sonradan o, Aydahoya köçüb, çünki burada balıq istehsalı üçün su daha təmiz və şərait daha yaxşıdır. “Bizdə biri var, 180 kq-a yaxın olar. Bu isə rəqribən 55 kq-dır.”

Kürünü çıxarmazdan əvvəl fermerlər onun lazimı qədər yetişdiyindən əmin olmalıdırlar. Buna görə onlar ultra-səs və ya biopsiyadan istifadə edirlər. Əgər kürü kifayət qədər yetişibsə, onlar kürü torbasını çıxarmaq üçün balığı öldürür. Canlı balığın qarnından kürü çıxarmaq qadağandır. Ferma işçisi Kay Nab: “Balıq bunu özü edir. Onun orqanızmi qadının orqanızmində uşaq doğmaq üçün olduğu kimi hormon yetişdirir. Balıq isə yumurta buraxır. Lakin balığın yumurta yetişdirmədi üçün biz ona hormon vururuq. Bu, Amerikada qanuni deyil.”

Kürünü çıxardıqdan sonra onu ələkdən keçirmək lazımdır. “Bunu burada yerləşən süzgəcə yerləşdirilsiniz. Altdakı qab da deşiklidir və su süzüldükdən sonra kürü burada qalır. balığın yumurtaları bu qabda qalır. Bu qabın altında isə buz var”- deyə, Kay Nab bildirir.

Buz çox vacibdir. Kürü soyuqda qalmalıdır. Kürü süzüldükdən sonra təmizlənir və yuyulur. Bundan sonra duzlanır və artıq yeməli olur.

Nəhayət kürü metal və ya şüşə qablara doldurulur və Amerikanın restoran və mağazalarında satılmağa hazır olana qədər buz otaqında saxlanır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR