
Dərc edildi: Baxış sayı: 658
AYB-nin Lənkəran bölməsinin yeni sədri əməkdaşlara təqdim olundu
Bu gün Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsində bölmənin yeni sədri Qafar Cəfərli əməkdaşlara təqdim edilib.
Ens.az Kult.Az-a istinadən xəbər verir ki, pandemiya qaydalarına uyğun keçirilən tədbirdə AYB katibi Rəşad Məcid, yazıçı-dramaturq Hüseynbala Mirələmov, Lənkəran şəhər icra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər.
Xatırladaq ki, yazıçı Qafar Cəfərli AYB sədrinin müvafiq əmri ilə 17 avqust 2020-ci il tarixindən bu vəzifəyə təyin olunmuşdu. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin bundan əvvəlki sədri şair İltifat Saleh idi. O, bir il öncə 84 yaşında vəfat etmişdi.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət