Slimfit
  1. MƏDƏNİYYƏT

Ayaz Salayev son illərdə çəkilən filmləri tənqid edib: "Bu gün Azərbaycan ziyalısı çoxdur, amma ekranda yoxdur"

Ayaz Salayev son illərdə çəkilən filmləri tənqid edib: "Bu gün Azərbaycan ziyalısı çoxdur, amma ekranda yoxdur"
Sakura

Ayaz Salayev son illərdə çəkilən filmləri tənqid edib: "Bu gün Azərbaycan ziyalısı çoxdur, amma ekranda yoxdur"

“Kinoya baxıb özümüzü dərk etməliyik. Bəzən deyirlər ki, filmlərin çəkilməsində maddiyyat önəmlidir. Ancaq gəlin nəzərə alaq ki, Azərbaycanda maddiyyatı üstün tutan filmlərimiz insanların zövqünü korlayır”.

“Report” xəbər verir ki, bu fikirləri kinorejissor, aktyor, əməkdar incəsənət xadimi Ayaz Salayev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “İdeologiya. Milli kino - dünən, bu gün və sabah” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, bəzən keçmişdə çəkilən filmlərin yaxşı olduğu barədə fikirlər səsləndirilir: "Qismən həmin fikirlə razılaşsam da, biz artıq Sovet İttifaqında yaşamırıq. Yeni gözəl filmlər çəkilməlidir. Bu gün Azərbaycan ziyalısı çoxdur, amma ekranda yoxdur. Vətən müharibəsində və ya koronavirus pandemiyası zamanı ölən ziyalı həkim və ya müəllimlər barədə hansı ekran işində rast gəlmisiniz?!".

A.Salayev vurğulayıb ki, bu gün çəkilən serialların əksəriyyəti məişət mövzusundadır: "Ya narkotik istifadəsi, ya bank borcu, ya da ailədaxili münaqişələr. Tarixi serial və filmlər çəkilmir. Tarixi ekranda bərpa etməyi öyrənməliyik. Milli kinonun mahiyyəti mənəvi dəyərləri maddi dəyərlərdən üstün göstərməkdir” .

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR