Ayaz Salayev: “Kinoya baxanda kim olduğumuzu dərk etməliyik”
“Kinonun əsas ölçüsünün maddi gəlir olduğunu deyənlər Azərbaycan xalqının düşmənləridir”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Azərbaycan Kinosu - 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumunda kinorejissor Ayaz Salayev deyib.
Onun sözlərinə görə, bu kimi şəxslər millətin zövqünü korlamağa çalışırlar:
“Kinoya baxanda kim olduğumuzu dərk etməliyik. Belə bir fikir çox geniş yayılıb ki, keçmişdə çəkilən filmlər daha gözəl idi. Bir tərəfdən, bununla razılaşmaq olar. Lakin digər tərəfdən də düşünək ki, Azərbaycan kinosu xalqımıza, ölkəmizə nə qədər borcludur”.
A.Salayev Azərbaycan ziyalılarının ekranlarda olmadığını əlavə edib:
“Bu gün Azərbaycan ziyalısı hər yerdə var. Bəs niyə ekranlarda rast gəlmirik? Onların ekrana gətirilməsi kimsənin ağlına gəlməyib”.
Ayaz Salayev sonda əlavə edib ki, bu gün çəkilən serialların əksəriyyəti məişət mövzusundadır:
“Ancaq ailədaxili münaqişələrə yönəlib. Lakin tarixi serial və filmlər çəkilmir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət