Slimfit
  1. GÜNDƏM

Ayasofya məscidindəki aksiyada terrorçu bayrağı açıldı

Ayasofya məscidindəki aksiyada terrorçu bayrağı açıldı
Sakura

Yunanıstan qəzetləri Taliban tərəfdarlarının aksiyasını geniş işıqlandırıblar.

Ens.az bildirir ki, Taliban hərəkatının (bir sıra dövlətlər tərəfindən rəsmən terrorçu təşkilat kimi tanınıb –red.) fəalları İstanbuldakı Ayasofya məscidində aksiya keçiriblər: bayraqlarını açaraq "Allahu Əkbər" qışqırıblar.

Mitinq zamanı, fəallardan biri kameraya baxarkən şəhadət barmağını qaldırıb, bu jesti bir sıra Avropa nəşrləri terrorçuların xarakterik jesti kimi təqdim ediblər. Ayasofyanın məscid olmasına sərt təpki göstərən, Yunanıstan qəzetləri Taliban tərəfdarlarının aksiyasını geniş işıqlandırıblar.  

İslam ekstremizmə qarşı mübarizə üzrə britaniyalı ekspert Nur Dahri daha da irəli gedərək,  Twitter hesabında  " tezliklə İŞİD fəalları da öz bayraqlarını qaldıracaqlar" deyə qərəzli fikirlər yazıb.

Qeyd edək ki, iyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Ayasofya Muzeyinə məscid statusu verilməsi haqqında sərəncam imzaladı. İki həftə sonra bu məbəd gecə-gündüz müsəlmanların ibadəti üçün açıldı.

Türkiyə rəhbərliyinin qərarı kilsə rəhbərləri və yüksək səviyyəli diplomatlar tərəfindən tənqidlərə səbəb oldu.

 Türkiyənin bu qərarı AB ölkələrinin xarici işlər nazirləri tərəfindən də tənqid edilmişdi.

Mənbə: .interfax.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR