Dərc edildi: Baxış sayı: 577
Ayaqlarınızı hər gün sabunlu su ilə yuyun və qurudun
Ayaq qoxusu insan içində bizi utancverici vəziyyətə sala bilər. Ancaq bəzi üsullarla bu qoxunun qarşısını ala bilərik.
AzNews.az ayaq qoxusunun qarşısını alan üsulları bölüşür.
Pambığa sirkə töküb dabanınızı, ayaq barmaqlarınızı və aralarını silin. Daha sonra ayaqqabınızı yuyun və yaxşıca qurudun. Ayaqlarınızı hər gün sabunlu su ilə yuyun və qurudun. Barmaqlarınıza və bütün ayağınıza nəməmici pudra (prisipka) səpin. Hər gün eyni ayaqqabını geyinməyin. Ən azı bir gün ara verin. Ayaqqabınızın içinə pudralı dezodorant sıxın. Ayaqqabınızı çıxarandan sonra havalandırın. Hər gün mütləq təmiz corab geyinin. Corabsız ayaqqabı geyinməyin. Çox ağır qoxulu kremləri ayaqlarınıza çəkməyin.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət