Slimfit
  1. SİYASƏT

Ayan Nəcəf: COP29 danışıqlarının mövzularının sadələşdirilməsi, şəffaf şəkildə geniş kütləyə çatdırılması medianın rolunu daha önəmli edir

Ayan Nəcəf: COP29 danışıqlarının mövzularının sadələşdirilməsi, şəffaf şəkildə geniş kütləyə çatdırılması medianın rolunu daha önəmli edir
Sakura

Ayan Nəcəf: COP29 danışıqlarının mövzularının sadələşdirilməsi, şəffaf şəkildə geniş kütləyə çatdırılması medianın rolunu daha önəmli edir

“Yaşıl dünya naminə həmrəylik, davamlılıq fəaliyyəti, iqlim fəaliyyəti, eləcə də COP29 konfransı ölkəmiz üçün bir tədbir xarakteri daşımır, bu, bir prosesdir. Ölkəmiz yaşıl transformasiya üçün kifayət qədər uzunmüddətli və iddialı hədəflər təyin edib. İqlim konfransına ev sahibliyi də həmin hədəflər sırasındadır. Əsas hədəfimiz ondan ibarətdir ki, iqlim konfransı tərəflər üçün hərtərəfli effektiv təşkil olunsun. Buna görə də COP29 Sədrliyi olaraq üzərimizə böyük məsuliyyət düşür”.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,  bunu COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün "ESG Hesabatlarının Tərifi və Təhlili" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, istər danışıqlar gündəliyinin bütün tərəflərə çatdırılması, istər təşkilatçılıq məsələləri üzrə məlumat mübadiləsinin düzgün təşviqində media nümayəndələrinin ixtisaslaşması və səriştələrinin artırılması əsas prioritetlərdəndir: "COP29 danışıqlarının mövzularının sadələşdirilməsi, şəffaf şəkildə geniş kütləyə çatdırılması medianın rolunu daha önəmli edir. Bu sahədə media nümayəndələri ilə təlim proqramlarına kifayət qədər geniş yer ayrılıb. Sevindiricidir ki, bu məsələdə özəl sektor da bizi tək qoymur".

 

A.Nəcəf bildirib ki, iqlim fəaliyyəti kifayət qədər mürəkkəb proses olduğundan bu sahədə dövlət və özəl sektorlarının, vətəndaş cəmiyyətinin, təşkilatların hesabatlılığı vacib məsələdir: “Bu xüsusda Ətraf mühit, Sosial və İdarəetmə (ESG) hesabatlarının geniş ictimaiyyətə çatdırılmasının təmin olunması mühüm əhəmiyyət kəsb edir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR