Dərc edildi: Baxış sayı: 1896
Polisə "dərs keçən" sürücünün işinə Mingəçevir Şəhər Məhkəməsində baxılacaq
Hərəkətdə olan avtonəqliyyat vasitəsindən ayağını bayıra çıxaran sürücünün kimliyi müəyyən olunub.
Bu barədə Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a məlumat verib.
Onun sözlərinə görə, həmin şəxs 35 yaşlı Mingəçevir şəhər sakinidir: "Onunla profilaktik söhbət aparılıb, əməlinin hüquqazidd olduğu izah olunub. Lakin həmin şəxs öz çoxillik sürücülük təcrübəsini əsas gətirərək bu əməlinin heç də təhlükəli olmadığını bildirib".
Vaqif Əsədov qeyd edib ki, inzibati xəta tərkibi yaradan sürücünün əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət