Dərc edildi: Baxış sayı: 854
Ayağını köpəkbalığı dişlədi, 24 il sonra bildi
ABŞ-ın Florida ştatında yaşayan Ceff Uiklini 1994-cü ildə köpəkbalığı dişləyib.
“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, o, 24 il ayağında köpəkbalığının dişi ilə yaşayıb.
Həmin vaxt Uikli Flaqler çimərliyində söfrinqlə məşğul olub. O, əvvəlcə ayağının hansı heyvan tərəfindən dişlənildiyini bilməyib. Ötən il ayağındakı qabarı qopartdıqda həyatının şokunu yaşayıb. Ceff ayağında kiçik gümüşü diş görüb.
Qeyd edək ki, araşdırmalar nəticəsində həmin dişin qara köpəkbalığına aid olduğu müəyyənləşib. Bildirilir ki, həmin cinsdən olan köpəkbalığı insanlara nadir hallarda hücum edir. Belə ki, suda yaşayan bu canlı əsasən kiçik balıqlarla qidalanır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət