Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ayağında döyənək olanlar mütləq oxusun

Ayağında döyənək olanlar mütləq oxusun
Sakura

Ayağında döyənək olanlar mütləq oxusun

Ayaqlarda döyənəklərin əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün təhlükəli olmasa da, insanın fəaliyyətinə mənfi təsir edir.

Metbuat.az Türkiyə mediasına istinadla bu problemdən xilas olmağın təbii üsulunu təqdim edir.

 

Bunun üçün bizə bir ədəd soğan, 125 ml ağ sirkə, bir ədəd şüşə qab, pambıq, streç lazımdır. Əvvəlcə, 125 ml ağ sirkəni şüşə qaba doldurun. Daha sonra soğanı doğrayıb içinə əlavə edin. Hazırladığınız qarışığın ağzını bağlayıb 8 saat nəmsiz və qaranlıq yerdə saxlayın.

Tələb olunan müddət keçdikdən sonra pambıqla qarışığa batırıb döyənək olan yerlərinizi masaj edin. Daha sonra pambığı döyənəyin üzərinə qoyub streçlə sarıyın. Bir gün ərzində bu vəziyyətdə saxlayın. Səhəri gün ayağınızı ilıq su ilə yuyun. Bu üsulu 10 gün ərzində tətbiq edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR