Slimfit
  1. AZƏRBAYCAN

Ay yarıma 53 mindən çox sürücü cərimələnib

Ay yarıma 53 mindən çox sürücü cərimələnib
Sakura

Ay yarıma 53 mindən çox sürücü cərimələnib

Bakıda parklanmaya kameralarla nəzarət edildikdən sonra şəhərin mərkəzi küçələrində sıxlıq azalıb. Elə bunun nəticəsidir ki, qanunsuz parklanmaya görə ay yarıma 53 mindən çox sürücüyə elektron protokol tərtib edilib.

Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli keçirdiyi mətbuat konfransında deyib.

O, paytaxtın mərkəzi küçə və prospektlərində parklanmanın acınacaqlı vəziyyətdə olduğunu bildirib.

Son aylar kamarelarla dayanma və durmaya nəzarət edildikdən sonra taksi sürücüləri qadağan edilmiş ərazilərdə sərnişin mindirib-düşürərkən cərimə olunurlar. Sürücülər də bunu düzgün hesab etmirlər. Bəs onlara gələcəkdə hansısa güzəştlərin edilməsi nəzərdə tutulubmu?

Vüsal Kərimli deyib ki, Bakıda bəzi küçələrdə parklanmalara icazə veriləcək. Hazırda bununla bağlı araşdırma aparılır.

Bu arada, gələn aydan etibarən yeni taksi duracaqlarının tikintisinə başlanılacaq. Hətta artıq 240 taksi duracağının yeri də müəyyən edilib.

Vüsal Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək.

Parkinq məsələsinə də münasibət bildirən BNA rəhbəri deyib ki, şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq var. Vüsal Kərimlinin sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib. Digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyəti və Baş Dövlət Yol Polisi İdarəsi ilə danışıqlar aparılır. Qiymətlər isə hələ müəyyənləşməyib. Hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur. Agentliyin rəhbəri həmin parklanmalardan yığılan pulları qeyri-qanuni hesab edir.

Yaxın günlərdə günün pik saatlarında sıxlığın ən çox yaşandığı metronun ''20- Yanvar'' stansiyası ətrafında da hərəkət normallaşacaq. Dayanma və durmanı pozan sürücülərə ərazidə yeni quraşdırılacaq kameralarla nəzərət ediləcək.

 Mənbə: Faktxeber.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR