Slimfit
  1. MARAQLI

Ay missiyasının gündəlik həyatımıza gözlənilməz 8 təsiri

Ay missiyasının gündəlik həyatımıza gözlənilməz 8 təsiri
Sakura

Ay missiyasının gündəlik həyatımıza gözlənilməz 8 təsiri

Ay səthinə 50 il bundan əvvəl, 1969-cu ilin iyulun 20-də ilk ayaq basan insan amerikalı astronavt Neil Armstrong həmin hadisə barədə belə demişdi: "İnsanın bu kiçik addımı bəşəriyyətin nəhəng irəliləyişi deməkdir".

İndiki pulla dəyəri 200 milyard dollar təşkil edən ABŞ-ın Apollo kosmik proqramı gündəlik həyatımızın müxtəlif sahələrində gözlənilməz nailiyyətlərə səbəb olub.

Onlardan bəzilərinə nəzər salaq.

1. Yır-yığış işlərində qarışıqlıq azalıb

Black & Decker şirkəti 1979-cu ildən istehsal etdiyi Dustbuster markalı naqilsiz tozsoranı NASA-da topladığı təcrübə əsasında işləyib hazırlayıb.

Naqilsiz elektrik cihazlar Apollo uçuşlarından əvvəl də var idi, lakin Apollo proqramı həmin alətlərin təkmilləşdirilməsinə böyük təsir göstərdi.

Misal üçün ABŞ-ın Black & Decker şirkəti naqilsiz cihazları 1961-dən başlayaraq istehsal edir.

Eyni zamanda bu şirkət NASA-nı kosmik obyektlərdən nümünə götürmək üçün burğu cihazlarıyla da təmin edir.

Kosmik proqramlarda iştirakı nəticəsində əldə etdiyi təcrübə sayəsində Black & Decker şirkəti yeni məişət cihazları istehsalına başladı. Həmin cihazlardan biri də 1979-cu ildən istehsal edilən Dustbuster markalı naqilsiz tozsorandır.

30 il ərzində 150 milyondan çox Dustbuster satılıb.

2. Daha dəqiq işləyən saatlar

Buzz Aldrin - Ay səthinə ayaq basmış ikinci adam Apollo 11 missiyası zamanı Ayda qol saatı taxaraq gəzirdi.

Ay missiyalarının müvəffəqiyyəti üçün vaxtın dəqiqliyi həlledici əhəmiyyət kəsb edir - kosmosda astronavtların həyatı bəzən gözqırpımında baş verən hadisədən asılı ola bilər.

Odur ki, kosmik missiyalar üçün NASA-ya ən dəqiq saatların tələb olunması təəcübblü deyil.

Nəticədə, kvars saatlarının təkmilləşdirilmiş variantı hazırlandı. Bu saatların dəqiqlik dərəcəsi bir ildə bir dəqiqə təşkil edir.

3. Suyun təmizlənməsi

NASA sayəsində çimərlik hovuzunda su gözlərimizi daha az göynədir.

Apollo kosmik gəmisidə tətbiq olunmuş suyun təmizlənməsi texnologiyasından hazırda Yerdəki mənbələrdən alınan suyu bakteriya, virus və yosundan təmizləmək üçün istifadə olunur.

Bu proqram çərçivəsində ilk dəfə olaraq suyun təmizlənməsi üçün xlordan istifadəyə əsaslanan texnologiya əvəzinə gümüş ionlarından istifadə olunub.

Həmin texnologiyadan hazırda çimərlik hovuzlarının və fontanlardakı suyun təmizlənməsi üçün dünya boyu geniş istrifadə olunur.

4. Daha davamlı ayaqqabılar

Astronavtların geyimində istifadə olunmuş texnologiyalar daha davamlı idman ayaqqabıları yaratmağa imkan verib.

Astronavatlar hələ də 1965-ci ildə Apollo heyəti üçün yaradılmış kombinezonlardan istifadə edirlər.

Həmin geyim astronavtların Ayın səthində gəzməsi üçün hazırlanmışdı.

Həmin modellərdə istifadə edilmiş texnologiyalar yeni növ idman ayaqqabılarının yaradılmasına gətirib çıxarıb.

Daha davamlı, elastik və zərbədən qoruyanhəmin idman ayaqqabıları son bir neçə onillikdir ki, bazarda öz yerini tutub.

5. Kosmos üçün yaradılmış odadavamlı parçalar

NASA tərəfindən kosmos üçün yaradılmış parçalardan indi Yerdə istifadə olunur.

1967-də məşq zamanı baş vermiş yanğın Apollo 1-i məhv etmişdi, gəmidə olan üç astronavt həlak olmuşdu.

Həmin hadisə ABŞ-ın kosmik proqramını geri salmışdı.

Lakin eyni zamanda həmin hadisədən sonra NASA odadavamlı yeni parçalar yaratmışdı, həçin parçalardan Yerdə indi geniş istifadə olunur.

6. Urək üzərində cərrahiyyə əməliyyatı

İmplantasiya olunan defibrilyatorlar NASA texnologiyası sayəsində yaradılıb.

Ürək xəstəliyindən əziyyət çəkən pasiyentlərin müalicəsi üçün nəbzlərində ciddi pozuntu olanlara defibrilyatorlar implantasiya edilir.

Təcili yardım xidmətlərində istifadə olunan defibrilyatorlardan fərqli olaraq xəstəyə implantasiya edilən defibrilyator kiçik ölçülüdür və xəstənin dərisinin altına implantasiya olunur.

Defbrilyator ürək ritmini izləməyə imkan verir.

Nəbzin pozulması halları elektrik impulslar vasitəsiylə müalicə olunur.

Bu cür cihazların ilk versiyası 1980-ci illərdə ilk dəfə sınaqdan keçirilib.

7. Yeməklərimiz daha yığcam qablaşdırılır

Dondurulub qurudulmuş yeməklər də Apollo dövrünün texnologiyalarna aiddir.

Ay missiyaları NASA-dan yeməklərin qablaşdırılması üzərində də baş sındırmağa məcbur edib - yemək yükü mümkün qədər az yer tutmalı və yüngül olmalı idi.

Bu problemin çözümü yeməklərin dondurulub qurudulmasında tapıldı.

Kosmosda həmin yeməyi yeməli vəziyyətə gətirmək üçün sadəcə isti su əlavə etmək lazım idi.

Belə yeməkləri hazırda Yerdə qiyməti təxminən 4 dollardan başlayaraq almaq mümkündür.

8. Xilasedici yorğanı

Kosmik yorğanlar Yerdə də olduqca əhəmiyyətlidir - humanitar böhranlar zamanı onlardan istifadə olunur.

Apollo gəmisinin Ay modullarını Günəş şüalarından qoruyan parıltılı örtüyə kosmik yorğanı deyilir.

Həmin örtük kosmik gəminin zərvərəqə bükülməsi təssəvvürünü yaradır.

Bu texnologiya indi hamıya məlum olan xilasedici yorğanların hazırlanmasında da istifadə olunub.

Plastik və alüminiumdan hazırlanmış kosmik yorğanlar təkcə astronavtları qorumur.

Humanitar missiyalar zamanı xilas edilən insanlara verilən termal yorğanlar NASA texnologiyaları əsasında hazırlanır.

Soyuqdan qoruduğu kimi bu yorğanlar insanı istidən də qoruyur, odur ki, bəzən marafon yarışları iştirakçılarını qızmar istidən qorumaq üçün də belə örtüklər verilir.

Xəstəxanalarda xəstələrin və işçilərin şəraitini yaxşılaşdırmaq üçün də kosmik texnologiyalardan istifadə olunur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR