Dərc edildi: Baxış sayı: 797
Axşam hirslənmək xeyirlidir, yoxsa səhər? - Alimlər qəribə suala cavab tapıb
Axşamlar hirslənmək xeyirlidir, yoxsa səhərlər? Bu sual nə qədər qəribə səslənsə də alimlər bu barədə maraqlı araşdırma aparıb.
Medicina.az xəbər verir ki, yapon alimləri tərəfindən aparılan araşdırma onu göstərib ki, insan orqanizmi axşam saatlarında stress təsirinə daha çox məruz qalır. Yəni ki, axşamlar orqanizmə təsir edən stress sağlamlığa daha çox ziyan vurur.
Araşdırmada Yudjiro Yamanaka və onun Hakaydo Universitetindən olan əməkdaşları 27 könüllünün üzərində orqanzimin sutkanın müəyyən saatlarında kəskin psixoloji stressə nə cür reaksiya verdiyini araşdırıb.
Qeyd edək ki, əsas stress hormonu olan kortizol stress halı yaşandığı zaman bir neçə saat ifraz olunmağa davam edir. Bu isə orqanizmi döyüşmək və yaxud qaçmaq üçün enerji ilə təmin etməyə xidmət edir. Kortizolun səviyyəsi sirkad ritmlərlə müəyyən olunur. Bir qayda olaraq bu hormonun səviyyəsi səhərlər maksimuma çatır, axşam isə azalır.
Eksperimentin gedişində alimlər iştrakçıların ağız suyunda kortizolun səviyyəsini ölçüblər. Daha sonra könüllüləri 2 qrupa ayırıblar: birinci qrup səhər, ikinci qrup isə axşam stress-test olunublar.
Analizin nəticələrinə görə, kortizolun ağız suyunda olan səviyyəsi səhər stressə məruz qalan iştrakçılarda axşam stressə məruz qalan iştrakçılardan çox olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət