Slimfit
  1. AZƏRBAYCAN

​Avtovağzalda xırda pul problemi? - Sərnişin narazıdır

​Avtovağzalda xırda pul problemi? - Sərnişin narazıdır
Sakura

İddiaya görə, Bakı Beynəlxalq Avtovağzalında biletini qaytaran sərnişinin pulu kassa işçisi tərəfindən…

 

 İddiaya görə, Bakı Beynəlxalq Avtovağzalında biletini qaytaran sərnişinin pulu kassa işçisi tərəfindən tam verilməyib.

Metbuat.az-a problemlə bağlı artıq ikinci dəfədir müraciət olunub. Belə ki, Əlvan Nağıyev adlı sərnişin avqustun 18-i saat 08:30-da Bakı Beynəlxalq Avtovağzalının kassasından İsmayıllaya getmək üçün bilet alıb. Bileti almaq üçün kassa işçisinə 6 manat 20 qəpik pul ödəyib. Həmin istiqamət üzrə avtobus qalmadığından, bir müddətdən sonra dispetçer sərnişinə yaxınlaşaraq, ondan bileti qaytarmasını istəyib. İddiaya görə, kassa işçisi xırda pul olmadığını bəhanə gətirərək, bilet üçün 6 manat 20 qəpik aldığı sərnişinə, 6 manat qaytarıb. Sərnişin tələb etdikdə, xırda pulun olmadığını qeyd edib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Metbuat.az-a açıqlamasında bildirib ki, bu tip məsələlərlə bağlı sərnişinlər maksimum 1 həftə ərzində müraciət edə bilərlər:

“Məsələnin araşdırılması üçün bu, çox vacibdir. Bununla bağlı Bakı Beynəlxalq Avtovağzalı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Qaynar Xətt”inə müraciət edə bilərlər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR