Dərc edildi: Baxış sayı: 696
Avtonom robot pişik icad olundu
Çinin “Elephant Robotics” şirkəti Beynəlxalq istehlakçı elektronika sərgisində (CES) “MarsCat” pişik-robotunu təqdim edib.
“TechCrunch” portalının verdiyi məlumata görə, ev istifadəsi üçün nəzərdə tutulmuş pişik tamamilə avtonomdur. O, sahibinin səsinə və toxunuşuna reaksiya verir, eləcə də öz adını tanıyır. O, həmçinin müxtəlif predmetlərlə oynaya bilir.
Bu oyuncağı hələ mağazalarda almaq mümkün deyil. Lakin onu şirkətin özündən 700 dollara sifariş vermək olar.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət