Dərc edildi: Baxış sayı: 746
Avtomobillərin texniki baxışdan keçirməsi üçün verilən vaxt uzadılıb
Avtomobillərin texniki baxışdan keçirməsi üçün verilən vaxt uzadılıb.
Publika.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov bu barədə qərar imzalayıb.
Qərara əsasən, istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
İndiyədək vətəndaş nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməli idi. Dəyişikliklə bu müddət 10 gün deyil, 20 gün olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət