Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobillərə görə rüsumlar qaldırıldı

Avtomobillərə görə rüsumlar qaldırıldı
Sakura

Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılıb

Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artılıb.

Oxu.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində bu bənd də təsdiqlənib.

Beləliklə, 2019-cu ildən ölkəyə gətirilən minik avtomobilləri üzrə gömrükdə alınan aksiz rüsumu qalxıb. Bu isə o deməkdir ki, avtomobillərin qiymətində bahalaşma gözləniləndir.  

Beləliklə: 

mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda: mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,30 manat (hazırda 0, 20 manat), 

mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda: 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –5 manat (hazırda 3 manat) 

mühərrikin həcmi 4 000kubsantimetrədək olduqda: 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 13 manat (hazırda 8 manat) 

mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda: 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə –35 manat (hazırda 20 manat) 

mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda: 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə –70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

Ekspert Ramil Osmanlının Oxu.Az-a açıqlamasına görə, aksizin qalxması avtomobilin son qiymətinə birbaşa təsir edir.

Ona görə də gələn ildən avtomobil bazarında bahalaşmanın şahidi olacağıq. 

“Hesab edirəm ki, bu, düzgün qərar deyil. Avtomobilləşmənin qarşısının inzibati metodlarla alınması Azərbaycanda nəqliyyat və tıxac problemini həll etməyəcək. Onsuz da ölkəmiz adambaşına düşən avtomobilləşmənin səviyyəsinə görə keçmiş sovet ölkələri arasında sonuncu yerdədir, bu bahalaşma isə onun səviyyəsinə daha da mənfi təsir edəcək”.

Aksiz vergisinin qalxmasının yerli istehsalın artmasına hesablanan bir addım olmasına gəlincə, ekspert hesab edir ki, Neftçaladakı avtomobil zavodu Azərbaycanın avtomobilə olan tələbatının yalnız 5 faizini qarşılamaq imkanına malikdir. Ona görə də bu yanaşma yerli istehsalın stimullaşdırılması kimi qəbul edilməməlidir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR