Avtomobilin daha az benzin yandırması üçün nə etməli?
Qış aylarında avtomobillərin benzin sərfiyyatı artır. Bəzi avtomobillərdə bu fərq hətta 4-5 litrə qədər yüksəlir.elə ustalar da sərfiyyatla bağlı müraciətlərinhəddən artıq artdığını təsdiqləyirlər.Ustalar bəzi qaydalara əməl edilərsəbenzinə 20 faizə qədər qənaət etməyin mümkün olduğunu deyirlər.
Havaların soyuması ilə avtomobillərdəbenzin sərfiyyatı artır.Sürücülər son günlər benzin sərfiyyatının 20-30 faizə qədər artdığını deyirlər.
Elə ustalar da son aylarda benzin sərfiyyatı ilə bağlı müraciətlərin xeyli artdığını bildirir.Bəzi maşınlarda sərfiyyat fərqi hətta 4-5 litrə qədər yüksəlib.
Avtomobil ustası Pərviz İsmayılov bildirir ki,əksər sürücülərsərfiyyatın hesablanmasını yanlış aparır.Belə ki ,gündəlik10 km yolgedən sürücü 10 gün sonra sərfiyyatı hesablayır.Bu isə tamamilə yanlış olmaqla yanaşı ümumi sərfiyyatın hesablanmasında da çaşqınlıq yaradır. Ustanın sözlərinə görə, hesablama yalnız birdəfəlik sürüşlə müəyyən edilməlidir.Əgər bundan sonra fərq yaranarsa ,yalnız bu halda ustaya müraciət etmək lazımdır.
Ustalar bildirir ki,benzin sərfiyyatı ilə bağlı mütləq şəkildə mövsümi olaraq benzin sistemi yoxlanılmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət