Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobili yayda qış, qışda da yay təkərləri ilə idarə edənlərin NƏZƏRİNƏ

Avtomobili yayda qış, qışda da yay təkərləri ilə idarə edənlərin NƏZƏRİNƏ
Sakura

Avtomobili yayda qış, qışda da yay təkərləri ilə idarə edənlərin NƏZƏRİNƏ

Avtomobil sürücüləri sosial şəbəkələrdə aparılan müzakirələr zamanı bildirirlər ki, bəzi ölkələrdə avtomobilini yayda qış, qışda isə yay təkəri ilə sürənlər cərimələnirlər. Əks halda yol qəzaları qaçılmaz olur. Bəs görəsən Azərbaycanda bu məsələyə nəzarət varmı?

Ens.Az-ın məlumatına görə,mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Aqil Rəhimov deyib ki, sürücülər hətta yay aylarında da, payız aylarında da avtomobillərinin şinlərinin protektorlarının qalınlığına fikir verməlidirlər.

“Protektorun qalınlığı 1,6 millimetrdən aşağı olanda təkərlər təcili dəyişdirilməlidir. Xüsusilə qışda təkərlərə önəm vermək, qış təkərlərindən istifadə etmək lazımdır. Əlbəttə, Bakıda havalar isti keçir, bir-iki gün qış olur. Buna görə də Bakı şəraitində hər mövsüm təkərlərindən istifadə etmək olar. Amma Azərbaycanın şimal-qərb rayonlarında havalar qışda kifayət qədər kəskin olur. Bu zaman sürücülər mütləq qış təkərlərindən istifadə etməlidirlər. Yol polisi də buna nəzarəti gücləndirməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR