Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Avtomobildə olarkən koronavirusa yoluxmamaq üçün nə etmək lazımdır

Avtomobildə olarkən koronavirusa yoluxmamaq üçün nə etmək lazımdır
Sakura

Avtomobildə olarkən koronavirusa yoluxmamaq üçün nə etmək lazımdır

Demək olar ki, bütün dünyanı bürüyən və pamdemiyaya çevrilən epidemiya, bir çox vətəndaşı karşerinq və taksi xidmətlərindən daha tez-tez istifadə barədə düşünməyə vadar edib. Bəs bu cür təkliyə çəkilmək infeksiyadan qorunmağa zəmanət verirmi?

Bir tərəfdən, avtomobildə izdihamlı yerlərdə olduğu qədər risk etmirsiniz - qısa müddət ərzində onlarla insanla təmasda olmursunuz. Digər tərəfdən, koronavirus yalnız hava damcıları ilə yoluxmur. Səthlərdə qalaraq da ötürülür.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) mütəxəssisləri qeyd edirlər ki, koronavirus mis və poladda təxminən iki saat, karton və plastik kimi digər səthlərdə isə daha uzun ömür sürə bilər. Buna görə də taksi və ya karşerinq xidmətinin avtomobilinə əyləşərkən iki üç sutka ərzində öz qurbanını gözləmək iqtidarında olan "düşmən"lə rastlaşa bilərsiniz.

Amerikanın Arizona Universitetinin mikrobiologiya üzrə professoru, Kelly A. Reynolds avtomobillərin virusun yayılması üçün şərait ola biləcək qapalı bir yer olduğunu qeyd edib. Ancaq panikaya ehtiyac yoxdur. Əsas odur ki, ehtiyatlı və diqqətli olmalısınız.

Avtomobilin salonunda ən çirkli yerlər, sürücü və sərnişinlərin birbaşa təmasda olduğu hissələrdir. Bunlara sükan, oturacaqlar, ötürücülər qutusunun selektoru, təhlükəsizlik kəmərinin ucluğu, radio tənzimləmə tutacağı və ya multimedia sisteminin toxunma monitoru, şüşələri qaldıran düymələr, qol dayaqları daxildir. Ona görə karşerinq xidmətindən istifadə etmək niyyətindəsinizsə, müəyyən bir vaxt sərf edərək və yuxarıda qeyd olunan səthləri aptekdə əldə edə biləcəyiniz vasitələrlə silin.

Amerikanın Autoblog nəşri daxili dezinfeksiya mövzusunda mütəxəssislər arasında sorğu apararaq aşağıdakı maraqlı məqamları aşkar edib. Koronavirus qarşı ən yaxşı vasitə sabundur. Sıvı sabunlardan istifadə edilməsi məsləhət olunur. Kimyəvi məhlul və qarışıqlardan isə (aseton, ağ neft və başqaları) istifadə etmək tövsiyə edilmir - bunlar salonu aşındırır.

Adətən hər kəsin tələsdiyi başa düşüləndir, ancaq içərini havalandırmaq da məsləhətdir. Taksidə utancaq olmamağı və heç olmasa qoltuqaltıları silməyi məsləhət görərdik. Sürücü etiraz edirsə, onda heç olmasa əllərinizi silin. Maska taxmağı da unutmayın.

Banknotlar ciddi bir yoluxma daşıyıcısıdır, buna görə də bu vəziyyəti nəzərə alın və taksi sürücüsü ilə görüşdükdən və ya nağdsız ödənişlərə keçdikdən sonra əllərinizi təmizləməyi unutmayın.

Sonda ümumi bir tövsiyə veririk -əlinizlə üzünüzə və gözlərinizə toxunmayın. Əlləri sabunla yuma ilə bağlı ilk qaydasını xatırlayın: “Məişət yuyucu vasitələrindən istifadə edərək səthləri təmizləyin və dezinfeksiya edin. Əl gigiyenası qrip və koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacib bir tədbirdir. Sabunla yuyulmaq virusları aradan qaldırır. Əllərinizi sabunla yumaq mümkün deyilsə, tərkibində spirt tərkibli və ya dezinfeksiya edən salfetlər istifadə edin. Səthlərin təmizlənməsi və müntəzəm dezinfeksiya edilməsi (masalar, qapı tutacaqları, stullar, qurğular və s.) virusları məhv edir.

 

Mənbə: autorambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR