Avtomobildə kondisionerdən istifadə etmək üçün 5 qızıl qayda
Yay ayları isti keçdiyi üçün bir çox sürücü avtomobilində kondisionerdən istifadə edir. Amma bir çoxlarımız kondisionerdən istifadə qaydalarına əməl etmirik. Fins.Az ölkə.az-a istinadən avtomobildə kondisionerdən istifadə edənlərə 5 qaydanı təqdim edir.
Kondisioneri yüksək tempdə çalışdırmayın
İsti havalarda açıq havada park edilmiş avtomobildə salonun istiliyi 60 dərəcəyə qədər yüksələ bilər. Bir neçə addımla bu istiliyi 30 dəqiqə ərzində 25 dərəcəyə qədər aşağı salmaq mümkündür. Kondisioneri yandırmadan əvvəl bir dəqiqə qapıları və pəncərələri açıq saxlayın. Sonra isə kondisioneri işə salın, amma yüksək tempdə çalışdırmayın.
Hava dövrü düyməsini yandırmayın
Ən çox edilən səhvlərdən biridir. Çünki bu düymə işlək vəziyyətdə olanda pəncərələr buxar tutur. Bunun əvəzinə avtomatik düyməsini işə salın.
Səhər hava sərin olsa da kondisioneri işə salın
Bəzən yay aylarında səhərlər sərin olur. Bununla belə, kondisioneri işə salın. Əgər çöldə hava yavaş-yavaş isinməyə başlasa, şüşələrin tərləməsinin qarşısını ala bilərsiniz.
Havalandırma pərlərini düzgün istiqamətə yönləndirin
Yay aylarında sərnişinlərin ən çox istifadə etdiyi çümlələr “Kondisionerə xod ver” və “Heç soyuq gəlmir” cümlələridir. Bir çox hallarda isə maşının salonundakı hava axını düzgün istiqamətlənmədiyinə görə bu hallar üzə çıxır. Bu səbəbdən havalandırma pərlərini yuxarı yönəldin. Beləcə, avtomobilin salonunda hava axını təmin edilir.
Müntəzəm qulluq edin
Mühərrikə, təkərlərə və digər ehtiyat hissələrinə qulluq etdiyiniz kimi, kondisionerə də qulluq edin. Mütəxəssislər bildirirlər ki, hər 15 min kilometrdən bir kondisionerin filtrini dəyişmək lazımdır.
Mənbə: Fins.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət