Avtomobil qiymətinə innovativ velosiped təqdim olunub
Amerikakı ixtiraçı Rocer Parket zəncir ötürücüsü və demək olar avtomobil qiymətinə “mütərəqqi” velosiped hazırladı.
Parkerə görə ənənəvi velosiped zənciri artıq keçmişdə qalıb. Onu istehsal etmək çətindir, etibarsızdır, paltarları ləkələyə və hətta yırta bilər. İxtiraçı tərəfindən hazırlanmış innovatik NuBike velosipedi bütün bu çatışmazlıqlardan məhrumdur. O zəncir əvəzinə unikal ling transmissiyası ilə təchiz olunmuşdur, ona baxarkən dərhal parovozlar, daha doğrusu linglərin vasitəsilə
Parker iddia edir ki, lingli transmissiyanın hazırlanması prosesi sadədir, etibarlıdır, velosipedçinin ayağına olan yüklənməni azaldır və firlanma anını artırır. Əgər adi velosipeddə pedalları fırlatmaq lazımdırsa, onda NuBike-da yol getmək prosesi steperdəki məşqi xatırladır.
Velosipedin prototipi dörd mövqeli sürət dəyişiciyə məxsusdur, amma gələcəkdə NuBike modifikasiyasına əsasən ötürmə sayını həm artırmaq, həm də azaltmaq mümkündür. Kömür plastik kütlədən hazırlanmış çərçivə və təkər disklərindən istifadə sayəsində velosipedin cəmi 10kq çəkisi var, alüminiumdan olan detalları maqneziumla əvəz etməklə, çəkini 8kq-a qədər azaltmaq olar. NuBike asanlıqla üç hissəyə bölünür və avtomobilin baqajına sığır. Düzdür, bu velosipedi 3800 ABŞ dollarına əldə etmək olar ki, bu da işlənmiş avtomobilin qiyməti ilə müqayisə edilə bilər. İstisna deyil ki, məhz ağlasığmaz qiymət layihəni sonlandıra bilər. NuBike-ın innovativ zəncir ötürücüsünün olmasına baxmayaraq, adi velosipedlə müqayisədə bir neçə dəfə daha çox ödəmək istəyənlər çətin tapılacaq.
Mənbə: Popmech.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət