Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobil nəhəngi üç yerə bölünür!

Avtomobil nəhəngi üç yerə bölünür!
Sakura

Almaniyanın avtomobil nəhəngi "Daimler", son dövrdəki ən böyük institusional təşkilatlanmasını həyata…

Almaniyanın avtomobil nəhəngi "Daimler", son dövrdəki ən böyük institusional təşkilatlanmasını həyata keçirir. 

 

"Marja" xəbər verir ki, "Daimler" şirkətinin 3 müstəqil hüquqi şəxsə bölünməsinə qərar verilib. Minik avtomobili, yük maşını və sürücüsüz maşınların da daxil olduğu mobil texnologiya hissələrini ayıran (müstəqil hüquqi şəxsə çevrilirlər) "Daimler", gələn ildən etibarən "Mercedes-Benz", "Daimler Trucks" və  "Daimler  Mobility" olaraq fəaliyyət göstərəcəkdir. 
 

Yenidənqurma tamamilə başa çatdıqdan sonra "Mercedes-Benz"in dünya miqyasında 175 min əməkdaşı olacağı gözlənilir. Yük maşını və avtobus üzərində işləyəcək "Daimler Trucks" isə 100 min nəfərlə fəaliyyət göstərəcək. "Daimler Mobility"də isə 13 min şəxsi heyət çalışacaqdır.
 

Hər üç şirkətin də mərkəzi ofisi  Ştuttqart şəhərində qalmaqda davam edəcək və səhmdar cəmiyyəti şəkilində fəaliyyət göstərəcəklər.  

 

Mütəxəssislər, yeni təşkilatlanmanın "Daimler"in son dövrdəki ən böyük təşkilati addımı olduğunu və elektrikli sürücüsüz avtomobil satışına yönələn şirkətin sonrakı illərdə yeni müqavilələr bağlamasının da qarşısını açacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR