Dərc edildi: Baxış sayı: 693
Avtomobil nəhəngi dünya üzrə 700 min avtomobilini geri çağıra bilər
Almaniyanın "Kfz-Betrieb"ın jurnalnın xəbərinə görə, avtomobil nəhəngi Volkswagen dünya üzrə 700 min avtomobilini geri çağırmaq məcburiyyətində qalacaq.
"Marja" xəbərə istinadən xəbər verir ki, geriçağırma "Tiguan" və "Touran" modelllərini əhatə edir. Bu modellərin işıq sistemində problem yarana biləcəyi qeyd edilir.
Xəbərə görə, qısa qapanma avtomobilin yanmasına səbəb ola bilir.
Şirkətin hazırda problemi həll etmək üçün çalışdığı qeyd edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət