Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobil lampalarının işarələnməsi

Avtomobil lampalarının işarələnməsi
Sakura

II hissə

Flans qoruyuculu baza

Flans qoruyucu varlığı P hərfi ilə göstərilir, bununla bazanın işarələnməsi onun növü göstərildikdən sonra başlayır (məsələn, H4-P43t). Belə bir flans ilə fənərlər üçün adətən güclü lampalar istehsal olunur. Xüsusilə, yaxın və uzaq işıq, kombinə edilmiş versiyalar, həmçinin H3, H4, H7, HB3, HB4 baza növləri üçün hazırlanmış duman əlehinə işıqlar. Eynilə, H1, H12, R2 və s. daha az tələb olunan fənərlər istehsal olunur.

Soffit lampalar

Birinci hissədə qeyd olunduğu kimi, soffit işıqlar SV olaraq təyin edilir. Bu avtomobil lampası silindrik formaya malikdir və gövdə uzunluğu təxminən 30 - 40 mm, kənarları boyunca isə iki sokol var. Belə bir konstruksiyanın seçilməsi, daxili məkanın qənaət və lampa kölgəsinin ölçüsünü minimuma endirmək istəyi ilə əlaqədardır. Bu işıq mənbələri bir qayda olaraq avtomobilin salonunda, xüsusən də onun örtüyünə quraşdırılmış lampalarda istifadə olunur. Daha az bənzər lampalar, avtomobilin dövlət qeydiyyat nişanını işıqlandırılmasında və əyləc işıqları üçün istifadə olunur (təyinat nümunəsi - C5W-SV8.5-8).

Ştiftli lampalar

Ştiftli lampalar sərt fiksasiya üçün iki sancaqlı hamar silindrik bazaya malikdir. BA lampaları üçün simmetrik, BAY və BAZ lampaları üçün asimmetrik olaraq düzəldilmişdir. Sonuncu vəziyyətdə, ştiftlərin yerdəyişməsi başqa bir lampa növünün, xüsusən ağ əvəzinə sarının və ya əksinə quraşdırılmasını mümkünsüz edir. Təyinat nümunəsi PY21W-BAY15s. Bu vəziyyətdə, bu yazı aşağıdakı kimi deşifr edilə bilər: lampa sarı kolbaya, 15 mm diametrli ştiftli bazaya və 21 W gücünə malikdir.

Şüşə bazalı lampalar

Şüşə (metal deyil) bazalı lampalar ingilis hərfi W ilə təyin olunur. Ondan sonra bazanın ölçüsü millimetrlə qeyd olunur. Bu cür lampalar sürücülər arasında çox tələb olunur, çünki onlar müxtəlif fənərlərdə - dönmə, qabarit işıqlarda, alətlər panelində və s. istifadə olunur.

Yeni baza növləri

Hazırda getdikcə daha da müasir - LED işıqlandırması inkişaf etdirilir. Bu lampalar daha az enerji istehlak edir, uzun bir resursa (xidmət müddəti) malikdir, güclü işıq axını istehsal edir. Lakin, bir çoxu "I hissə"də qeyd olunan standart H bazasına uyğun şəkildə hazırlanmışdır. Unutmayın ki, bütün diod lampalar təyinatlarında ingiliscə LED ixtisarına malikdir.

LED lampalar fərqli bazalara malikdir. Həm standart fənərlərə (məsələn, H1) quraşdırılmaq üçün, həm də onlar üçün xüsusi hazırlanmış yuvacıqlar üçün. Adətən onlar xüsusi optiklərə sahib yeni lampalara quraşdırılmaq üçün xüsusi olaraq hazırlanmışdır, buna görə müəyyən bir lampa almadan əvvəl bu məqam əlavə olaraq aydınlaşdırılmalıdır. Əks təqdirdə, belə bir lampanın adi fənərdə quraşdırılması istənilən effekti verməyəcək, zəif işıqlandırma olacaq, lampanın və fənərin özü qıza, əriyə və nəticədə sıradan çıxa bilər.

Halogen lampaların işarələnməsinin təsviri

1 - İstehsalçının və ya markanın adı. 2 - lampa bazasının növü. 3 - lampanın hesablandığı nominal gərginlik. 4 - Uzaq və yaxın işıq üçün nominal lampa gücü. 5 - Lampanın istehsal standartının qəbul edildiyi ölkə üçün şərti təyinat (nömrələrə görə ölkələrin siyahısı aşağıda qeyd edilib). 6 - İstehsalçı sənədlərinə görə lampa modelinin təyin edilməsi. 7 - Bu vəziyyətdə U hərfi, lampanın halogen olması deməkdir.

Halogen avtomobil lampaları bəlkə də ən çox yayılmış növlərdən biridir. Formaları ilə asanlıqla tanına bilərlər, lakin bazalarında və kolbalarında tez-tez bu məsələdə səriştəsiz avtomobil sahibinə qaranlıq olan işarələr tapa bilərsiniz. Diqqəti çəkən ilk şey, bazadakı halogen lampaların ingilis H hərfi ilə təyin edilməsidir (adətən, sətrin sonunda istehsalçı haqqında məlumatdan başlayaraq şifrələnmiş məlumatlarla gedir). Bəzi tanınmış istehsalçıların məhsulları, məsələn Philips, hərdən şifrənin sonunda halogen lampalar U hərfi ilə müəyyən edilir. Hal-hazırda bunların bir neçə növü var - H1, H2, H3, H4, H7, H11, H27, HB3, HB4 və s. Bunlar dəyişdirilə bilməz və yalnız təyin olunmuş lampa müəyyən bir fənərə quraşdırıla bilər. Bu onun həndəsi forması və ölçüsü ilə əlaqədardır.

Unutmayın ki, yeni lampaları quraşdırdıqdan sonra tez-tez fənərləri yenidən düzəltmək lazımdır. Və ya sadəcə düzgün bir şəkildə qurulduqlarını yoxlayın.

Hal-hazırda bir çox lampa istehsalçısı "mavi" və ya "görünməz" deyilən lampalar istehsal edir. Birinci halda, onlar "Blue" (İngilis dilindən tərcümədə - mavi, göy) olaraq təyin olunurlar. Adından da göründüyü kimi, işıqları mavi rəngə malikdir. Ümumiyyətlə, kolbada və qablamadakı yazıdan əlavə, lampanın şüşəsi də mavi rəngə malikdir. Eynilə, "görünməz" - ingiliscə "Silver" (gümüş) ilə işarələnir. Ağ rənglidir. Bu cür təyinat həm lampaya, həm də qablaşdırmasına həkk olunur.

Tez-tez müəyyən bir lampanın təsvirində + 30%, + 50% və s. yazısına rast bilərsiniz (aədətən qablaşdırmalarda up to +...% more light və ya oxşar yazı var). İstehsalçıların qənaətinə görə bu lampalar eyni miqdarda enerji istehlak edərək, göstərilən faizdən daha çox işıq axını meydana gətirir. Əslində, bu həmişə belə olmur və həm istehsalçıdan, həm də xüsusi lampa modelindən asılıdır. Bu məlumatların internetdə və ya ədəbiyyatda əlavə olaraq aydınlaşdırılması lazımdır. Ehtiyyatlı olun, tez-tez belə bir yazı sadəcə aldatma ticarət yanaşması daşıyır, məqsədi alıcını çaşdırmaqdır.

Artan resursa sahib lampalar, ingiliscə LongLife (tərcüməsi - uzun ömür) sözü ilə təyin olunur. Bu məhsullar həqiqətən daha uzun ömürlüdür, lakin əhəmiyyətli dərəcədə fərqləndiyi üçün onun xüsusiyyətləri qablaşdırmada dəqiqləşdirilməlidir. Böyük resursa sahib oxşar lampalar üçün başqa bir təyinat - HD LL-dir. Xüsusilə, bu cür lampalar tanınmış istehsalçılar Philips və Narva tərəfindən bu şəkildə qeyd olunur. İstehsalçı Osram isə oxşar məhsullarını sadə L (Long) hərfi ilə qeyd edir.

Yeni bir lampa alarkən, özünüzlə köhnəni götürüb onunla mağazaya gedə bilərsiniz. Və orada müstəqil olaraq və ya satıcıların köməyi ilə zövqünüzə uyğun oxşar xüsusiyyətlərə malik seçim edə bilərsiz.

Ksenon lampaların işarələnmə xüsusiyyətləri

1 – İstehsalçının və ya markanın adı. 2 – Ölkənin adı. 3 – D2R – Ksenon lampa bazasının növü. 4 – ksenon lampanın nominal gücü. 5 – 85126 – istehsalçının texniki sənədlərinə dair xidmət məlumatları. 6 – E1 – lampanın istehsal olunduğu standartın qəbul edildiyi ölkənin kodu, bu halda Almaniya. 7 – İstehsalçı sənədlərinə görə texniki məlumatlar.

Ksenon lampalar (halogen lampalara bənzər) xüsusi işarəyə malikdir - D hərfi. Diqqət yetirin, bu ksenon lampalar yalnız xüsusi hazırlanmış fənərlərdə quraşdırılmalıdır. Bu, sonuncunun quruluş xüsusiyyətləri ilə əlaqədardır. Əks təqdirdə, müvafiq işıq axını təmin edə bilməzlər, bu isə keyfiyyətsiz olması ilə səhv edilə bilər. Lakin, halogen əvəzinə quraşdırıla bilən ksenon da var.

Ksenon əsaslı qaz lampalarını şərti olaraq 3 böyük qrupa bölmək olar:

1. Müxtəlif nəqliyyat vasitələrinin dəyişdirilmiş standart fənərlərinə quraşdırılmış H1...H27, HB3...HB5 bazaları üçün.

2. H4M, HB1M, H13M təyinatlı və "M" hərfi ilə eyni təyinatlı digərləri olan biksenon fənərlər. Onların məqsədi – eyni zamanda həm yaxın, həm də uzaq işıq mənbəyi olan halogen lampaları əvəz etməkdir.

3. D1S, D1R - D4S, D4R bazalı ksenon lampalar. Bu işıq mənbələri avtomobil istehsalçısı tərəfindən birbaşa konveyerdən fənərlərə quraşdırılır. Diqqət yetirin, bu fənərlərin quruluşu ənənəvi halogen fənərlərdən fərqlənir. Buna görə, bunlara yalnız bu cür lampalar quraşdırılmalıdır!

D2S D2R PHILIPS lampaları ilk standart ksenon lampalardır. Bunlar 1990-cı illərin sonunda icad edildi və bəzi Avropa avtomobillərinə quraşdırıldı. Xatırladaq ki, D2S ksenon lampalar linzalı fənərlərdə, D2R isə işıq əksi olan (reflektor) fənərlərdə quraşdırılmaq üçündür. Onlar heç bir halda qarışdırılmamalıdır, çünki D2S əvəzinə D2R qoysanız, parlaqlıq əhəmiyyətli dərəcədə azalacaq, ancaq D2R əvəzinə D2S qoysanız, kəsmə xətti daha bulanacaq və fənərlər yolda qarşıdan gələn sürücüləri əhəmiyyətli dərəcədə kor edəcək.

Yuxarıda təsvir olunan lampaları əvəz edən D4S və D4R daha da yenilənmiş oldu. Yapon avtomobilləri olan Toyota və Lexus-a quraşdırılmağa başladılar. Onlar, tərkiblərində civə olmadığı, yəni daha ekoloji cəhətdən təmiz olmaları ilə fərqləndilər, buna görə də - D4S XenEco adını aldılar. Bu lampaların parlaqlığı D2S-dən bir az azdır. Təxminən 3050 lümen təşkil edir, D2S üçün bu dəyər 3200 lm-ə uyğundur. Lakin, nasazlıqdan sonra bu lampalar müvafiq yerlərə atılmalıdır.

Nəticə

Avtomobiliniz üçün müəyyən bir lampa seçərkən, ilk növbədə, avtomobil istehsalçısının tövsiyələrini yerinə yetirməlisiniz. Təlimatda (və ya texniki sənədlərdə) arxa, yan və daxili (salon) işıqlarda olduğu kimi, fənərlərə hansı lampaların quraşdırılması lazım olduğunu açıq şəkildə göstərilir. Hər şeydən əvvəl, bazanın növünə diqqət yetirmək lazımdır, çünki yuvaya problemsiz quraşdırılacaq lampanın alınmasını təmin edən bu amildir. İstehsalçıya gəldikdə, digər məhsullarda olduğu kimi qiymət və keyfiyyət nisbətinə görə bir seçim etməlisiniz. Bu məlumatlara daxil olmayan başqa bir təyinat barədə məlumatınız varsa - həmin məlumatı aşağıda şərh bölməsində paylaşın. Bununla da müəyyən bir lampa seçərkən və ya anlaşılmaz bir təyinatı deşifrə edərkən digər avtomobil sahiblərinə kömək etmiş olacaqsınız.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR