Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobil ehtiyat hissələrində bahalaşma olacaq — PROQNOZ

Avtomobil ehtiyat hissələrində bahalaşma olacaq — PROQNOZ
Sakura

Avtomobil ehtiyat hissələrində bahalaşma olacaq — PROQNOZ

“Qlobal mühitin bütün sektorları, o cümlədən avtomobil bazarı avtomobil satışından tutmuş onun ehtiyat hissələrinə qədər pandemiya ilə əlaqəli ciddi əziyyət çəkir. Ehtiyat hissələrinin qiyməti hazırda qeyri-stabildir”.

Ens.az xəbər verir ki,bunu TED.az-a açıqlamasında  ekspert Şahin Göyləroğlu deyib.

Ekspertin sözlərinə görə, qiymət ucuzlaşmasından söhbət gedə bilməz, amma kütləvi surətdə iflas eşiyində olan sahibkarların öz mallarını əldən çıxartmağı mümkündür: “Qiymətin düşməsi yalnız və yalnız tək-tək obyektlərin keçirdiyi kampaniya çərçivəsində baş verə bilər, amma dünya qiymətləri düşməyəcək. Dünyada avtomobil sektorunda qiymətlərin enmə tendensiyası yoxdur, tərsinə qiymətlər qalxır”. 

Ş.Göyləroğlu qeyd edib ki, pandemiyadan sonra xammala olan ehtiyac yüksələcək: “Adətən krizislər sonrasında xammala olan ehtiyac yüksəlir. Məsələn, bu gün qızıl və gümüşün ehtiyatı çox yüksəlib, onun kimi bəzi metalların da ehtiyatı yüksəldiyinə görə, avtomobil ehtiyat hissələrinin qiymətləri artır. Bunun səbəbi ehtiyat hissələrinin materialıdır.

Beləliklə, postböhran dövründə 5-10% arası qiymət artımı baş verə bilər. Avtomobillərdə deyil, məhz ehtiyat hissələrində bahalaşma olacaq, çünki avtomobil şirkətləri də kütləvi satdıqları ehtiyat hissələrindən pul qazanmaq istəyəcək. Maşınları satmaq mümkün olmasa, qiymətini endirə bilər. Gördüyünüz kimi, ehtiyat hissələri ilə vəziyyət tam başqadır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR