Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobil deyib keçməyin - Bunlar bütöv bir ölkəni çökdürə bilərlər

Avtomobil deyib keçməyin - Bunlar bütöv bir ölkəni çökdürə bilərlər
Sakura

Avtomobil deyib keçməyin - Bunlar bütöv bir ölkəni çökdürə bilərlər

Norveç hərbçiləri ehtiyat edirlər ki, "Keşikçi" sistemi hətta ölkənin milli təhlükəsizliyini sarsıtmaq üçün istifadə edilə bilər.

Norveç yeni "F-35" döyüş təyyarələrinin saxlanıldığı Orland aviabazasının əməkdaşlarına "Tesla" şirkətinin avtomobillərini müəyyən ərazilərdə sürməyə qadağan edib.

Sputnik Azərbaycan Norveçin Milli Teleradio Şirkətinə istinadən xəbər verir ki, norveçli hərbçilər bu qərarı milli təhlükəsizliyi təmin etmək üçün qəbul ediblər.

Məlumata görə, qərarın qəbul edilməsinə "Tesla" avtomobillərində quraşdırılmış "Keşikçi" (Sentry) rejimi olub. Bu sistem avtomobilə quraşdırılmış kameralar vasitəsilə davamlı olaraq ətrafı nəzarətdə saxlayır, vəziyyəti videogörüntüyə alır, bununla da avtomobili oğurlanmaqdan və ya vandalizmdən qoruyur.

Məsələn, dekabrın 6-da yayılmış xəbərə görə, "Keşikçi" rejimi Kaliforniya polisinə dayanacaqlardan birində avtomobillərin təkərlərini deşən vandalı tutmağa kömək edib. Məlumata görə, vandalın cinayətkar hərəkəti, eləcə də onun üzü "Tesla" avtomobilinin kamerasının obyektivinə düşüb. Videogörüntü avtomobilin sahibi tərəfindən "YouTube"da yerləşdirilib. 

Lakin, mülki hüquq ekspertləri hesab edirlər ki, "Tesla"nın bu yeni sistemi şəxsi həyatın məxfiliyi üçün müəyyən problemlər yaradır.

Norveç hərbçiləri isə ehtiyat edirlər ki, "Keşikçi" sistemi hətta ölkənin milli təhlükəsizliyini sarsıtmaq üçün istifadə edilə bilər.

"Məsələ cəmiyyətin təhlükəsizliyi ilə bağlıdır. Videogörüntülər avtomobildə saxlanılsa problem olmazdı, lakin onlar kənarda, böyük bir "bulud"da saxlanılırsa bu bizi narahat edir", - Orland aviabazasının komandir müavini və qərargah rəisi Mixael Baas Bottenvik-Hartman Norveçin Milli Teleradio Şirkətinə deyib.

Onun sözlərinə görə, kiminsə əlinə kifayət qədər foto və videogörüntülərin düşməsi nəticəsində aviabazanın fəaliyyəti və əməliyyatları barədə informasiya ötürülə bilər.

Nəticədə Orland aviabazasının əməkdaşlarına bir sıra qadağalar qoyulub. Məsələn, "Tesla" avtomobillərinin darvazalar daxilində hərəkəti, eləcə də müəyyən ərazilərdə saxlanılması qadağan edilib.

"Tesla" şirkəti isə cavab olaraq bildirib ki, "Keşikçi" rejimi arzu edilən zaman asanlıqla söndürülə, görüntülər isə avtomobilin içində "USB" cihazda saxlanıla bilər.





Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR