Avtomobil almaq istəyənlərin diqqətinə! - Qiymətlər ucuzlaşacaq
“Hazırda maşın bazarında qiymət artımı müşahidə olunmur"
Bu fikri Redaktor.az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı maşın bazarında avtomobillərin hazırkı qiymət durumunu şərh edərkən deyib.
Onun sözlərinə görə, qiymətlər yay aylarıyla müqayisədə ucuzlaşıb:
"Yay mövsümündə bazarda təklif 30 faizə qədər azalır. Bu səbəbdən də yayda qiymətlər artır. Mövsüm başa çatdığına görə qiymətlərin yenidən stabilləşməsi müşahidə olunur. Yayda 5 faizlik qiymət artımı var idisə, hazırda qiymətlər əvvəlki vəziyyətinə qayıdıb".
R. Osmanlı əlavə edib ki, avtomobilllərin qiyməti daha da azalacaq:
“Hətta yay mövsümündə artan qiymətlərin əvvəlki vəziyyətinə nisbətən ucuzlaşma var. İlin sonuna kimi qiymət azalmaları davam edəcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət