Slimfit
  1. AVTO VƏ MOTO

Avtomatik ötürmə qutusunu məhv edən 3 sürücü vərdişi

Avtomatik ötürmə qutusunu məhv edən 3 sürücü vərdişi
Sakura

Avtomatik ötürmə qutusunu məhv edən 3 sürücü vərdişi

Bu yaxınlarda dünyada avtomatik ötürmə qutusu ilə olan avtomobillərin faizi digərini ötdü və bu rəqəm artmaqda davam edir. Səbəb aydındır: “Avtomat” rahat, müasirdir və şəhər tıxaclarında sürmək üçün çox uyğundur. Amma fakt fakt olaraq qalır - əgər avtomatik ötürmə qutusu sıradan çıxırsa, onu bahalı təmir gözləyir. “Avtomat”ın uzun müddət xidmət etməsi üçün qaçılması lazım olan avtomatik ötürmə qutusununun xidmət müddətini azaldan əsas səhvləri aydınlaşdıraq.

  1. Səfərdə

Yeni başlayan sürücülərin ən təhlükəli səhvlərindən biri tıxacda və ya işıqforda dayanarkən, neytrala keçirmək və hər dəfə hərəkətə başlayarkən “sürmə” vəziyyətinə qayıtmaqdır. Belə vərdiş ona gətirib çıxarır ki, avtomatik ötürmə qutusu mexanizmləri tez işlənib sıradan çıxır və bu da bütün sistemin xidmət müddətinin azalmasına gətirib çıxarır. Yadda saxlayın ki, tıxacda “sürmə” rejimində dayanmaq “avtomat”a zərər vermir.

  1. Parketmə

Müasir həyat ritmi sürücülərin daim tələskənliyinə səbəb olur, bu da avtomatik ötürmə qutusununa mənfi təsir göstərir. Söhbət o vəziyyətdən gedir ki, avtomobil tam dayanmayıb, sürücü isə qutunu “parkinq” vəziyyətinə keçirir. Belə vərdiş avtomobili hərəkətsiz vəziyyətdə qalmasını dəstəkləyən elementin sınmasına gətirib çıxara bilər. Unutmayın ki, avtomobilin “parkinq” rejiminə keçirilməsinə ancaq tam dayandıqdan sonra icazə verilir.

  1. Yedəkləmə

İlk baxışda avtomobilə zərər vurmyan vərdiş - qoşmanın yedəkləməsi əslində qutuya düzəldilə bilməyən zərər vura bilər. Texniki cəhətdən bu özünü onda göstərir ki, soyutma sistemi artmış yüklənmənin öhdəsindən gəlmir və konstruksiya güclü qızır, bu da “avtomat”ın xidmət müddətini azaldır. Buna görə də əgər qoşma avtomatik ötürmə qutusu olan avtomobillə yedəklənibsə, heç bir kəskin başlama və dartma, asta sürmə formasını seçmək lazımdır.

 

Mənbə: Avtoinstruktor

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR