Slimfit
  1. AVTO VƏ MOTO

"Avtomat" sürət qutusu olan avtomobili almaqdan imtina üçün 5 əsas səbəb

"Avtomat" sürət qutusu olan avtomobili almaqdan imtina üçün 5 əsas səbəb
Sakura

Nöqsanları var

Klassik hidromexaniki "avtomat" – çox yönlü olduğuna görə ən geniş yayılmış ötürücüdür. Ancaq bütün üstünlükləri ilə yanaşı, belə bir qutusu olan avtomobil almaqdan imtina üçün tutarlı bir səbəb ola biləcək çatışmazlıqlar da var. "AVTO KLUB AZƏRBAYCAN" avtomat sürət qutusunun 5 nöqsanını tapdı.

"İki pedallı" avtomobil şəhərdə, xüsusilə də nəqliyyatın sıx olduğu yerlərdə rahatdır. Ötürücünü dəyişmək üçün muftanı daim sıxmaq lazım deyil. Həm də "avtomat" olduqca möhkəmdir. O böyük dövr anını mühərrikdən təkərlərə ötürməklə yanaşı, həm də yolsuzluqda hərəkət edərkən ağır yüklərə də dözə bilir. Lakin, belə "avtomat" avtomobil almaq istəyirsizsə, belə bir "qutu"nun çatışmazlıqlarını da bilməlisiz.

Məhdud möhkəmlik ehtiyatı
Bu gün fərqli sayda pillələri olan avtomat qutular istehsal olunur. Klassik "dörd pilləli"dən başlayaraq, son yeni 10 pilləliyədək. Eyni zamanda mühəndislərin özləri də qurğunu daha yığcam və asanlaşdırmağa çalışırlar. Və bu qaçılmaz olaraq möhkəmlik ehtiyatının itirilməsinə səbəb olur. Buna görə də qurğunun 250.000 km ehtiyatını unudun. Müasir "çox çoxpilləli" ötürücülər daha az möhkəmlik ehtiyatına malikdir.

Sürətli sürmək üçün deyil
Qurğunun konstruktiv xüsusiyyətləri belədir ki, ötürülmə zamanı müxtəlif müddətlərdə xarakterik "donma"lar yaranır. Əgər sürücü, avtomobil sürməyi sevirsə, bu onu əsəbiləşdirəcək. İki pedallı "robot" seçmək daha yaxşıdır. Daha tez işləyir.

Güc itkisi
Yenə də ötürmənin konstruktiv xüsusiyyətləri səbəbindən mühərrik bütün gücü təkərlərə ötürmək iqtidarında deyil və bunun müəyyən hissəsi itir. Buradan - bölmənin faydalı iş əmsalının aşağı səmərəliliyi və yanacaq istehlakının artması baş verir. Xüsusilə dörd pilələli "qutular" olan avtomobillərdə.

Yüksək xidmət tələbləri
Düzgün istismar ilə "avtomat" 200.000 kilometrdən çox məsafəni əsaslı təmir olmadan qət edə bilər. Ancaq bu - yağını, süzgəcini vaxtında dəyişdirsəniz və yolsuzluqla məşğul olmayacağınız tıqdirdə ola bilər. Əks təqdirdə, "qutunun" istifadəsi birbaşa sahibindən asılıdır. Başqa bir "avtomat" heç 50.000 km məsafəni qət edə bilməz.

Yedək problemi
“Avtomat” olan avtomobillərin hamısını sərt birləşdirici (tros) ilə yedəyə almaq olmur. İstehsalçının təlimatlarına məhəl qoymasaq, qurğunu məhv edə bilərik. Buna görə, yedəkləmədən əvvəl təlimatı mütləq oxuyun. Çox güman ki, avtomat ötürücülü bir avtomobilin nasazlığı zamanı, bir təxliyə maşını çağırmalı olacaqsınız, bu isə ucuz başa gəlməyəcək.

Mənbə: AVTO KLUB AZƏRBAYCAN

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR