Slimfit
  1. AZƏRBAYCAN

Avtobuslarda yeni sistem: sürücülər artıq dayanacaqdan kənarda saxlaya bilməyəcək - Şərh

Avtobuslarda yeni sistem: sürücülər artıq dayanacaqdan kənarda saxlaya bilməyəcək - Şərh
Sakura

Avtobuslarda yeni sistem: sürücülər artıq dayanacaqdan kənarda saxlaya bilməyəcək - Şərh

Avtobusda kart sisteminə keçidlə yanaşı coğrafi izləmə sisteminin də tətbiq olunması ictimai nəqliyyatda mövcud olan problemlərin aradan qaldırılmasına səbəb olacaq.

Bunu MediaPosta açıqlamasında yol-nəqliyyat eksperti Ərşad Hüseynov Bakı Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlər qarşısında kart sisteminə keçidlə bağlı tələb qoyması barədə danışarkən deyib.

Ekspert kart sisteminin paytaxt nəqliyyatına təsirlərindən bəhs edib:

“İctimai nəqliyyatla bağlı ən çox müzakirə olunan məsələ avtobusların kart sisteminə keçməsidir. Bu yenilik vətəndaşların çoxdan gözlədiyi bir məsələ idi. Nəqliyyat sistemi inkişaf etmiş ölkələrdə bu üsuldan istifadə olunur və öz səmərəsini verir. Bu sistemə keçid vaxt itkisinin qarşısının alınması, sürücülərin yollarda daha diqqətli olması, dayanacaqdan kənarda saxlama hallarının azalması baxımından çox vacibdir. Beynəlxalq təcrübə göstərir ki, həmin sistemə keçən avtobusların sürücüləri daha intizamlı və diqqətli olurlar. Son 5-6 ildə istismarda olan və köhnə hesab edilən avtobuslarda kart sisteminə keçidlə əlaqədar irəliləyişlər qeydə alınır”.

"Kart sisteminə keçid tam şəkildə baş tutsa və eyni zamanda GPS-lər quraşdırılsa, sürücülərin sərnişini 30 qəpik kimi görməsinin qarşısı alına bilər"

Ekspert avtobuslarda kart sistemi ilə yanaşı coğrafi izləmə sisteminə keçidin əhəmiyyətindən də danışıb: “Digər bir məsələ də budur ki, artıq paytaxtdakı avtobuslara coğrafi izləmə sistemi (GPS) quraşdırılmasına başlanılıb. Türkiyədən yeni gətirilən avtobuslarda bu sistem var. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, avtobusun bütün hərəkətinə mərkəzdən nəzarət olunur. Yəni avtobus hansı sürətlə hərəkət edir, hansı ərazidədir, dayanacağa çatanda və dayanacaqdan çıxanda normal, yoxsa qəfildən saxlayır, dayanacaqdan kənarda dayanırmı və s. kimi problemlərə nəzarət etmək mümkündür. Hesab edirəm ki, avtobuslarda həm kart, həm də izləmə sisteminin quraşdırılması, Bakıda avtobus sürücülərinin işinə müsbət mənada təsir edəcək. Kart sisteminə keçid tam şəkildə baş tutsa və eyni zamanda GPS-lər quraşdırılsa, sürücülərin sərnişini 30 qəpik kimi görməsinin qarşısı alına bilər. Təbii ki, bütün sadalanan məsələlərin həllini tapmasında daşıyıcı şirkətlərdən də çox şey asılıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR