Dərc edildi: Baxış sayı: 779
Avtobuslarda və dayanacaqlarda maskadan istifadə məcburi oldu
Azərbaycanın Baş Naziri Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.
Ens.az xəbər verir ki, bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.
Qərara əsasən, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə qoruyucu tibbi maskaların taxılması məcburidir.
Qərar şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) də keçərlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət