Slimfit
  1. CƏMİYYƏT

Avtobuslarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyuldu - SƏBƏB

Avtobuslarda kondisionerlərin işləməsinə məhdudiyyət qoyuldu - SƏBƏB
Sakura

Mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər…

Ens.az Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata istinadən xəbər verir ki, TƏBİB-in tövsiyəsinə əsasən avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin olduğundan onların işə salınmasına məhdudiyyət qoyulub: “Havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskini artırır.

Həmçinin, bildiririk ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır. Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək.

Buna qədər isə avtobuslarda pencərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib.

Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik.”

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR