Slimfit
  1. CƏMİYYƏT

Avtobuslarda gediş haqqı artırılır? – Açıqlama

Avtobuslarda gediş haqqı artırılır? – Açıqlama
Sakura

Avtobuslarda gediş haqqı artırılır? – Açıqlama

Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır.

Ens.az xəbər verir ki, bunu Axar.az-a avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı proqnozuna cavab olaraq BNA-nın mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, bu məsələlərə Tarif Şurası baxır:

“Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil.

Bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır”.

Qeyd edək ki, iqtisadçı Qubad İbadoğlu taksilərlə bağlı BNA-nın konsepsiyasının avtobusların qiymətinə də təsir edəcəyi, metro və avtobusların qiymətinin 50 qəpik olacağı ilə bağlı proqnoz verib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR