Slimfit
  1. CƏMİYYƏT

Avtobuslar saat neçəyə qədər işləyəcək?

Avtobuslar saat neçəyə qədər işləyəcək?
Sakura

Avtobuslar saat neçəyə qədər işləyəcək?

Məlumdur ki, hərbi vəziyyətin tətbiq edildiyi dövrdə komendant saatı tətbiq edilən ərazilərdə ictimai nəqliyyat axşam saat 21:00- a qədər işləyib. "Qafqazinfo" xəbər verir ki, bu gün isə sərnişinləri maraqlandıran əsas məsələ sərt karantin dövründə avtobusların hansı saata qədər işləyəcəyidir. Sürücülər isə sərnişinlərə bu barədə məlumatlı olmadıqlarını bildirirlər.

"Qafqazinfo" məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevdən münasibət öyrənib. O bildirib ki, paytaxtda sərnişindaşımaların təşkili ilə bağlı bütün zəruri tədbirlər görülür: "Bildiyiniz kimi, hazırda müntəzəm xətlərlə yanaşı ekspress xətlər üzrə də avtobuslar fəaliyyətdədir. Adi rejimlə müqayisədə 20 % daha çox avtobus xətlərə buraxılıb. Komendant saatı artıq ləğv edildiyindən avtobuslar hərbi vəziyyətə qədər ki dövrə uyğun qrafiklə çalışır. Yəni müntəzəm xətlər sərnişin axınına uyğun olaraq gecə saat 23:30 bəzən daha artıq müddətə ekspress xətlər üzrə isə 21:00-a qədər çalışır. Amma bəzən ekspress xətlər də 21:30-dək çalışır. 

Sərnişindaşımaların əsasən avtobuslarla icra olunduğu indiki vaxtda avtobusların sərbəst hərəkəti olduqca vacibdir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən xahiş edirik ki, karantin postlarına yaxınlaşan zaman sağ zolağı avtobuslar üçün boş saxlasınlar. Hərəkətə icazə verən sənədləri vaxtında təqdim etsinlər ki, postlar ətrafında da sıxlıqlar yaranmasın". 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR