Slimfit
  1. CƏMİYYƏT

Avtobus sürücüləri qiymət artımına etiraz ediblər

Avtobus sürücüləri qiymət artımına etiraz ediblər
Sakura

Avtobus sürücüləri qiymət artımına etiraz ediblər

Bu gün səhər saatlarında 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların sürücüləri etiraz olaraq xidmət göstərməkdən imtina ediblər.

Bizimyol.info xəbər verir ki, sürücülərin etiraz etməsinə səbəb daşıyıcı şirkətin planın tarifini (qiymətini) qaldırmasıdır.

Sürücülər xidmət göstərməkdən imtina etdiyi üçün 194 nömrəli müntəzəm marşrut xətdə 211 nömrəli müntəzəm marşrut üzrə avtobuslar hərəkət ediblər.

Məlumata görə, 194 nömrəli müntəzəm marşrut xətti və 211 nömrəli müntəzəm marşrut xətti iki qardaşa məxsus daşıyıcı şirkətlərə verilib. Bu şirkətlərin qarajı Qaradağ rayonu Lökbatan qəsəbəsində eyni yerdə yerləşirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən açıqlama verilməyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR