Slimfit
  1. CƏMİYYƏT

"Avtobus sayını artırmaqla yoluxmanı azalda bilmərik"

"Avtobus sayını artırmaqla yoluxmanı azalda bilmərik"
Sakura

"Avtobus sayını artırmaqla yoluxmanı azalda bilmərik"

İctimai nəqliyyatda təbii ki, sıxlıq var. Bir aydan çoxdur metro bağlıdır və 600 mindən çox sərnişinin avtobuslarda daşınması sıxlığa səbəb olub.

Ens.az Publika.az-a istinadən xəbər verir ki,bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib: "Bu gün sıxlığın azaldılması üçün xəttə əlavə avtobuslar buraxılır. Təlimat verilib ki, qarajlarda istifadə olunmayan avtobus qalmasın. Lakin səhər və axşam saatlarında avtobuslarda daha çox sıxlıq olur. Əgər insanlar tələsmirlərsə, xahiş edirik ki, pik saatlarda ictimai nəqliyyatdan istifadə etməsinlər. Belə olan halda nə sıxlığı görəcəyik, nə də virusa yoluxma halları artacaq. Nəzərə alaq ki, avtobus sayını artırmaqla virusa yoluxmanı azalda bilmərik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR