Slimfit
AVTOBUS
Sakura

AVTOBUS HAQQINDA

Avtobus (omnibus avtomobilinin qısaldılmışı) – texniki cəhətdən 9 və ya daha çox sərnişini daşımaq üçün hazırlanmış və yolda manevr edə bilən, enerji mənbəyi ilə hərəkətə gətirilən relssiz mexaniki mühərrikli nəqliyyat vasitəsidir.

Uzunluğu 5,5 m-dən az olan avtobuslara mikroavtobuslar deyilir (Rusiya təsnifatına görə - xüsusilə kiçik sinif avtobusları), mikroavtobuslara 9 ilə 16 sərnişin tutumu olan minivenlər də daxildir. Bunlara Fiat Ducato, Ford Transit, IVECO Daily, QAZel, RAF-977, RAF-2203 mikroavtobusları, eləcə də müxtəlif markaların digər mikroavtobusları daxildir.

Uzunluğu 5,5-dən 7,0 m-dək olan avtobuslara kiçik sinif mikroavtobuslar da deyilir.

Uzunluğu 7,0 m-dən 10,0 m-dək olan avtobuslara orta sinif avtobuslar deyilir. Bunlara həm mikroavtobusun hibridi, həm də orta sinifli IVECO VSN700 avtobusunu və oxşar avadanlıqları olan digər avtobusları daxildir.

Uzunluğu 10,0 m-dən 13,0 m olan avtobuslara böyük sinif avtobuslar deyilir.

13,0 m-dən çox olan avtobuslara xüsusi böyük sinif avtobusları deyilir. Bunlara, üçoxlular (Voljanin-6270, Voljanin CityRitm 15, MAZ-107) və birlədirilmiş avtobuslar daxildir.

TARİXİ

Avtobusun sələfləri dilijanslar və omnibuslər, çox yerlik at arabaları, omnibuslar şəhərdə sərnişin daşıyırdı, omnibus xətt daşıyıcısı, dilijans isə uzun məsafəli daşıyıcı idi.

Omnibus - 1909

Dünyadakı ilk avtobus 1801-ci ildə Riçard Trevitik (Richard Trevitik) tərəfindən hazırlanmışdır (o, ilk ingilis buxar lokomotivinin ixtiraçısıdır). Onun, avtobusun nümayişi həmin il dekabrın 24-də Kembornda(Campborn) (Kornuol, İngiltərə) baş tutdu. 8 sərnişin daşıya bilən buxar mühərrikli maşın idi.

Buxarla işləyən avtobus - 1899

İlk elektrikli avtobus Londonda 1886-cı ildə yarandı. 11,2 km/saat orta sürətlə hərəkət edə bilirdi.

Dünyada daxili yanma mühərriki ilə işləyən ilk avtobus

1899-cu ildə Sankt-Peterburqda rus mühəndis və ixtiraçı İ.V.Romanov ilk elektrikli omnibusunun layihəsini təqdim etdi. Müxtəlif mənbələrə görə omnibusa 16-dan 20-dək sərnişin yerləşirdi (İ.V.Romanov fərqli sayda sərnişin oturacaqları üçün müxtəlif elektrikli omnibuslar qurmağı planlaşdırırdı) və saatda 11 km/saat sürətlənə bilirdi. 1901-ci ildə Texniki Ekspert Komissiyası maşını Sankt-Peterburqda istismara yararlı hesab etdi. Duma, Romanov omnibuslarının daimi hərəkət açılışına icazə verdi. Lakin hakimiyyət potensial səhmdarları qorxudan son dərəcə sərt maliyyə şərtlərini irəli sürdü və Romanov fikrini reallaşdıra bilmədi. Eyni zamanda, 1901-ci ildə rəqibləri, "Duks" Moskva zavodunda elektrikli avtobus qurdular. Bunlar saatda 20 km/saat sürətə çata bilən və 60 km məsafəni qət edən 10 nəfərlik avtobuslar idi.

Avtobus (omnibus) - 1912

Benzinlə işləyən daxili yanma mühərriki olan dünyada ilk avtobus 1894-1895-ci illərdə Almaniyada "Benz" zavodu tərəfindən inşa edilmişdir. 8 sərnişin yerləşirdi və Almaniyanın Zigen (Siegen), Netfen (Netfhen) və Doyts (Deutz) şəhərləri arasındakı 15 kilometrlik bir magistral yolda hərəkət edirdi. Rusiyada daxili yanma mühərriki olan ilk avtobus 1903-cü ildə Sankt-Peterburqda "Frese" şirkətinin fabrikində inşa edildi. 10 nəfərin yerləşdiyi açıq gövdəyə sahib idi. Avtobusda 10 at gücü olan 1 silindrli mühərrik quraşdırılmışdır. Avtobus 15 km/saat sürət yığa bilirdi.

Avtobus - 1906

Daxili yanma mühərriki olan dünyanın ilk şəhər avtobusu 1903-cü il aprelin 12-də Londonda yola çıxdı. Rusiyada avtobus Arxanqelskdə 1907-ci ilin iyun ayından ilk dəfə şəhər ictimai nəqliyyatında istifadə olunmağa başladı. Alman markalı NAG avtobusu şəhərə gətirildi. Bu avtomobil 25 sərnişin üçün hazırlanmış və 6 ton ağırlığında idi. Mühərrikin gücü 26 at gücü idi. 11 noyabr 1907-ci ildə isə Sankt-Peterburqda ilk sərnişin avtobusu xətti açıldı. Bu münasibətlə Peterburq vərəqi"ndə bir xəbər yayıldı: "Günorta saat 12-yə qədər Voznesenski prospektinin əks tərəfində olan Aleksandrovski bağına omnibus-avtomobil və ya indi andlandırılan avtobus gəldi." Moskvada avtobus hərəkəti ilk dəfə 13 avqust 1908-ci ildə açıldı, 8 avqust 1924-cü ildə isə ingilis markası olan 8 ədəd "Leyland" avtobusu Kalançevskaya Meydanı və Tverskaya Zastava arasındakı ilk müntəzəm xəttə çıxanda, davamlı avtobus hərəkəti açılmışdır.

Avtobus - 1929

Rus ədəbiyyatında "avtobus" sözü ilk dəfə 1912-ci ildə şair İqor Severyanin tərəfindən istifadə edilmişdir.

 

Hazırladı: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR