Slimfit
  1. MEDİA

AVTO KLUB AZƏRBAYCAN avtomobil həvəskarları klubunun 2 yaşı qeyd olunub

AVTO KLUB AZƏRBAYCAN avtomobil həvəskarları klubunun 2 yaşı qeyd olunub
Sakura

AVTO KLUB AZƏRBAYCAN avtomobil həvəskarları klubunun 2 yaşı qeyd olunub

22 iyun 2019-cu il tarixdə Gəncə şəhərində yaranmış “AVTO KLUB AZƏRBAYCAN” adlı avtomobil həvəskarları klubunun yaranmasının 2 illiyi qeyd olunub. Tədbir Gəncə Grand Qafqaz Ticarət Kompleksinin dəstəyi ilə Kartinq mərkəzində baş tutub. Digər tədbirlərdəki kimi, bu dəfə də təşəbbüskar qrupun rəhbəri Natiq Əliyev olub. Gəncə şəhərində yaranmış Mercedes W124 Ganja klubunun da təqdimatı bu tədbirdə həyata keçirilib. Gəlin klubun inkişaf yolunu bir daha nəzərdən keçirək.

AVTO KLUB AZƏRBAYCAN Klubu 19 iyun 2017-ci il tarixdə Gəncə şəhərində Facebook sosial şəbəkəsi üzərində qurulub. Klub Gəncə şəhərindən idarə olunur. Klubun qurucusu və baş administratoru Natiq Əliyev, Bakı şəhəri üzrə moderatorlar Ramil Əliyev (sığorta üzrə mütəxəssis) və Tural Hacızadə, Gəncə şəhəri üzrə moderatoru Xaliq Əliyev, moderator və avtoeksperti İlyas Xəlilov, moderator və nano texnologiyalar üzrə eksperti Sahib Kazımovdur. Klub müxtəlif sosial tədbirlərdə iştirak edir və özü də müəyyən tədbirlər təşkil etməyi planlaşdırır. Burada siz avtomobillərin yaranma tarixi haqqında Azərbaycan dilində geniş məqalələr, YHQ və İXM-də edilmiş dəyişikliklər barədə tanış ola bilərsiniz. 10 yanvar 2019-cu il tarixində Klub Nizamnaməsi yaradıldı. Bu Nizamnamə ilə Klub qaydaları tənzimlənir. Nizamnamə 6 maddədən və alt maddələrdən ibarətdir.

AVTO KLUB AZƏRBAYCAN iki il ərzində müxtəlif tədbirlər keçirmişdir. Klubun təşkilatçılığı ilə 17 mart 2019-cu il tarixdə Gəncə şəhərində ilk dəfə retro avtomobillərin sərgisi keçirilib. Sərginin keçirilməsində məqsəd Gəncə şəhərində olan retro avtomobilləri imkan daxilində üzə çıxarmaq, onları həm Gəncə və gəncəbasar, həm də respublikamızda olan avtomobil həvəskarlarına tanıtmaq olub. Sərgi zamanı 20-dən çox klassik avtomobil iştirakçılara təqdim olunmuş, onların haqqında ətraflı məlumat verilmişdir.

Daha sonra klubun təşkilatçılığı ilə Gəncə şəhərində ilk dəfə olaraq nano texnologiyalar üzrə seminar təşkil edilmişdir. Megurex nano güc şirkətinin əməkdaşı İradə xanım Ağamalıyevanın dəstəyi ilə təşkil olunmuş seminarda Megurex məhsulları iştirakçılar qarşısında sınaqdan keçirilib. Bütün bu sınaqlar 575 avto yuma məntəqəsində baş tutub. Avtomobil həvəskarlarına məhsullardan düzgün istifadə qaydaları göstərilib.

Bu dövr ərzində klub haqqında yerli və xarici televiziya kanallarında geniş məlumat verilib. 12 fevral 2019-cu il tarixdə Türkiyənin TV8 İnt televiziya kanalının “Şehrin Nabzı” verilişinin qonağı olan AVTO KLUB AZƏRBAYCAN rəhbəri Natiq Əliyev verilişə klub haqqında məlumat verib. Verilişdə əsasən xarici vətəndaşlar üçün avtomobillərin kirayəsi və sığorta məsələləri müzakirə olunub və klubda daha çox təhlükəsizlik məsələlərinə diqqətin yetirildiyi bildirilib. Klubun əsas məqsədi sürücülərin maarifləndirilməsi, yol hərəkəti qaydalarının aşılanması, qanunvericiliyin təbliğatı məsələlərinin hər zaman qrup üzvlərinə çatdırılmasıdır. Klubun şüarı - “hər kəsin yolunu gözləyəni var” xüsusilə vurğulanıb. 

Həmçinin aprel ayının 5-də isə “AVTO KLUB AZƏRBAYCAN” klubu KƏPƏZ TV-nin “Sabahın nəbzi” verilişində qonaq olub. Verilişdə qonaq qismində “AVTO KLUB AZƏRBAYCAN” klubunun baş administratoru Natiq Əliyev, klubun moderatoru və avtoekspert İlyas Xəlilov, avtomobil ustası Elçin Məmmədov, Gəncə şəhəri 1 saylı avtomobil məktəbinin direktoru Zeynal Zeynalov və M-Taksi şirkətinin təcrübəli sürücüsü Zakir Şahverdiyev iştirak ediblər. Verilişdə avtomobil və sürücülük sahəsinə aid müxtəlif məsələlərə toxunulub.

Bildiyiniz kimi, klubun üzvləri avtomobil ehtiyat hissələri mağazaları və təmir mərkəzlərində endirimlərdən faydalanırlar. Bunun üçün avtomobilə klubun loqosunun avtomobilin müəyyən hissəsinə yapışdırılması kifayətdir. Bu dövr ərzində artıq 100-dən çox avtomobilə klubun loqosu verilmişdir.

Tədbirdə ilk olaraq klubun rəhbəri və təşkilatçı Natiq Əliyev çıxış edib. Klubun yaranması, inkişafı və fəaliyyəti barədə danışıb və W124 klubunun yaranması münasibəti ilə həmin klubun təsisçisi və üzvlərini təbrik edib. Daha sonra çıxış edən klubun təsisçiləri Seymur Tağıyev və Ramiz bəy klub haqqında məlumat verib və qarşıya qoyulmuş məqsəd və klubun gələcək fəaliyyəti haqqında məlumat verib. Hər zaman kluba dəstək olan klubun moderatoru və avtoekspert İlyas Xəlilov klubu bu münasibətlə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Tədbirin keçirilməsində dəstək olan Qrand Qafqaz Ticarət Kompleksinin rəsmi nümayəndəsi Mahmud Mahmudov həmçinin klubun yaranmasınının 2 illiyi münasibətilə hər kəsi təbrik edib, hər zaman dəstək olmağa hazır olduqlarını bildirib.

Tədbirə hər zaman olduğu kimi, media dəstəyi göstərən Ens.az saytının redaksiyası klubu bu münasibətlə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edir və hər zaman dəstək olmağa hazır olduğunu bildirir.

Siz də avtomobilləriniz haqqında yaranmış problemləri müzakirə etmək, professionallardan dəstək əldə etmək, maariflənmək, avtomobil təmiri və ehtiyat hissələrinin alınmasında endirimlərdən faydalanmaq istəyirsinizsə, AVTO KLUB AZƏRBAYCAN klubuna üzv olun. Bunun üçün Facebook-dakı qrupa üzv olmaq və loqonu əldə edib avtomobilə yapışdırmaq kifayətdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR