Slimfit
  1. DÜNYA

Avstriyada koronavirusa qarşı ilk peyvəndləmə bu tarixdə baş tuta bilər

Avstriyada koronavirusa qarşı ilk peyvəndləmə bu tarixdə baş tuta bilər
Sakura

Avstriyada koronavirusa qarşı ilk peyvəndləmə bu tarixdə baş tuta bilər

Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober koronavirusa qarşı peyvəndin tətbiqi ilə bağlı proqnoz verərkən, gələn ilin yanvar ayında bu ölkədə ilk peyvəndləmə prosesinə başlana biləcəyini ifadə edib.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, nazir bu ilin sonunadək 300 min nəfər üçün nəzərdə tutulan 600 min ampuladan ibarət ilk tranş ölkəyə gətirilə bilər. Bunun baş tutması üçün əczaçılıq şirkətlərinin çatdırılmanı vaxtında həyata keçirməsi və peyvənd üçün müvafiq lisenziyaların verilməsi əsas şərtlərdir.

Nazir qeyd edib ki, peyvəndin birinci partiyası əsasən səhiyyə işçiləri üçün nəzərdə tutulub. Hazırda müxtəlif istehsalçı şirkətlərin beş peyvənd maddəsinin koronavirus əleyhinə peyvəndləmə prosesində tətbiqi mümkündür. Gələn ilin yayından etibarən isə Avstriyada istənilən şəxs koronavirusa qarşı peyvənd vurdura biləcək. Nazir bir daha vurğulayıb ki, peyvəndləmə məcburi xarakter daşımayacaq, hər bir vətəndaş bu məsələdə özü sərbəst seçim edə biləcək.

R. Anşober peyvənd maddələrinin virusdan hansı dərəcədə qoruya biləcəyi və təsir müddətinin nə qədər davam edəcəyi barədə sualları cavablandırmayıb.

Həmçinin qeyd edilib ki, qarşıdakı aylarda pandemiyanın ikinci dalğasının qarşısını almaq üçün ölkədə infeksiyalı xəstəliklərə qarşı bir sıra tədbirlər görüləcək, qrip əleyhinə peyvənd uşaqlar üçün pulsuz olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR