Slimfit
  1. DÜNYA

Avstriyada ilk “ağıllı küçə”nin açılışı olub

Avstriyada ilk “ağıllı küçə”nin açılışı olub
Sakura

Avstriyada ilk “ağıllı küçə”nin açılışı olub

Avstriyanın Melk şəhərində ölkədə ilk “ağıllı küçə”nin (smart stree) açılışı olub.

AZƏRTAC xəbər verir ki, müasir texnologiyalar əsasında yaradılan pilot layihə çərçivəsində işıq dirəkləri və nəqliyyat üçün işıq siqnalları texnikasının idarə edilməsi, elektrik avtomobilləri və mobil telefonlar üçün enerji yükləmə qovşağı, hüquq-mühafizə orqanlarının nəzarətində olan videonəzarət kameraları, bərpa olunan enerjidən istifadə və digər yeniliklər təqdim olunub.

“Düşünən” küçədə quraşdırılmış səkkiz ədəd işıq dirəyi ilkin mərhələdə altı əsas funksiya üzrə fəaliyyət göstərəcək. Avtomobil və piyadaların küçədə hərəkət etmədiyi gecə saatlarında dirəklərdə işıq zəifləməli, hərəkət edən obyektlər əraziyə yaxınlaşdıqda isə işıq gurlaşmalıdır. Bütün bunlar gələcəkdə bələdiyyələrin enerji sərfiyyatını aşağı salmağa kömək edəcəkdir. Eyni zamanda dirəklərdə quraşdırılmış videokameralar küçələrin təhlükəsizliyini təmin etməyə şərait yaradacaqdır. Mikrofonlar vasitəsilə yaxınlaşmaqda olan təcili yardım, polis və ya yanğınsöndürən maşınların səsini qəbul edən akustik sistem vasitəsilə isə nəqliyyatın hərəkətini dəyişmək üçün işıqforlar müvafiq rejimə keçəcəklər.

Dronlar, elektrik avtomobilləri və velosipedləri, həmçinin mobil cihazlar üçün enerji mənbəyi ilə təmin edilən dirəklərdə ənənəvi nəqliyyat lövhələrinin yerləşdirilməsi də nəzərdə tutulur. Bununla da ənənəvi lövhələrdən rəqəmsal lövhələrə keçidin axıcı şəkildə baş tutması təmin edilir.

Aşağı Avstriya federal əyalətinin qubernatoru Yohanna Mikl-Laytner açılış mərasimində bildirib ki, ən müasir texnologiyalardan istifadə edilməsi rəqəmsal çevrilişin baş verdiyi dünyamızda zamanın tələbidir və bu imkan gələcəkdə vətəndaşlara daha çox xidmətlər təklif etməyə şərait yaradacaqdır.

Melk şəhərində on şirkətin birgə həyata keçirdiyi layihənin 2021-ci ilədək 40-50 işıq dirəyini əhatə etməsi planlaşdırılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR