Dərc edildi: Baxış sayı: 715
Avstriya Prezidenti Kurtsun hökumətini istefaya göndərdi
Avstriyanın Federal Prezidenti Aleksandr Van der Bellen Sebestian Kurtsun hökumətini, parlamentin çıxardığı etimadsızlıq qərarından sonra istefaya göndərib.
Trend-in məlumatına görə, prezident ölkənin kansleri vəzifəsinin icrasını isə 1 həftə öncə müvəqqəti olaraq vitse-kansler təyin edilmiş maliyyə naziri Xartviq Leqerə həvalə edib.
Qeyd edək ki, S.Kurts 2017-ci ildə bu vəzifəyə təyin olunmaqla, respublika tarixində ilk gənc kansler olub. O, bu vəzifədə 525 gün olmaqla ölkənin ən qısa müddətdə kansleri olub.
.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət